Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş idarəsinin (YTB) təşkilatçılığı və "Fokus+"-un iş birliyi ilə İstanbulda İbn Haldun Universitetində keçirilən "Media yay məktəbi" uğurla yekunlaşıb.

 

"Yeni Yol"​ xəbər verir ki, 12-17 iyul tarixlərində baş tutan layihədə dünyanın 40-dan çox ölkəsindən 100-ə yaxın gənc media mənsubu, jurnalistika üzrə magistratura və doktorantura təhsili alan gənclər, Türk diasporası və qardaş icmaların nümayəndələri iştirak ediblər. ​Üç gün davam edən intensiv təlimlər çərçivəsində "Fokus+" və TRT mütəxəssisləri tərəfindən aşağıdakı mövzularda təlimlər keçirilib:

 

​Süni intellekt ilə kontent istehsalı;

​Media savadlılığı;

​Rəqəmsal hekayəçilik və rejissorluq;

​Media və təmsilçilik;

​Alqoritmlər və media strategiyaları.

 

​Proqramın dördüncü günündə iştirakçılar bərə ilə Bosforu keçərək Demokratiya Adasına yollanıblar. Burada "Bir hilal uğrunda: 15 İyulun 10-cu ili" paneli təşkil olunub.

 

Qeyd edək ki, təlimlərdə Gürcüstandan da nümayəndələr iştirak ediblər.