Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş idarəsi (YTB), türk diasporu, qardaş icmalar və beynəlxalq tələbələr arasında ədəbiyyat sahəsindəki istedadları aşkar etmək məqsədilə “Bir dünya ədəbiyyat mükafatları” müsabiqəsini elan edir.

 

YTB tərəfindən reallaşdırılan müsabiqə xaricdə yaşayan soydaşların, qardaş icmaların və beynəlxalq tələbələrin türk dilində düşünmələrini, yazmalarını və ədəbiyyat sahəsində əsərlər ərsəyə gətirmələrini təşviq etmək məqsədi daşıyır. Müsabiqə çərçivəsində iştirakçılar dörd fərqli kateqoriya üzrə müraciət edə bilərlər: Ən yaxşı əsər, esse, hekayə və şeir.

 

Müsabiqədəki işlər öz sahəsinin mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Türk diasporu, qardaş icmalar və beynəlxalq tələbələrdən gələn əsərlər ayrı-ayrılıqda nəzərdən keçiriləcək. Qiymətləndirmə prosesində türk dilinin düzgün və effektiv istifadəsi, qrammatika və orfoqrafiya qaydalarına uyğunluq, müvafiq kateqoriyanın texniki xüsusiyyətlərinə riayət olunması, orijinallıq və üslub kimi meyarlar əsas götürüləcək.

 

Müsabiqənin sonunda hər qrupdan ayrı-ayrılıqda olmaqla ən yaxşı əsər, esse, hekayə və şeir nominasiyaları üzrə birincilik mükafatları təqdim ediləcək. Qaliblər həmçinin YTB tərəfindən təşkil olunacaq “Yazıçılıq təlimləri”ndə iştirak hüququ qazanacaqlar.

 

Mühüm qeydlər:

 

  • Son müraciət tarixi: “Bir dünya ədəbiyyat mükafatları 2026” üçün son müraciət tarixi 15 sentyabr 2026-cı il olaraq təyin edilib.
  •  
  • Mükafatlandırma mərasimi: Mərasimin keçiriləcəyi yer və tarix barədə məlumatlar növbəti mərhələlərdə elan olunacaq.
  •  

Müraciətlər YTB tərəfindən müəyyən edilmiş müddət ərzində onlayn qeydiyyat sistemi vasitəsilə həyata keçiriləcək. Müraciət müddəti bitdikdən sonra göndərilən əsərlər qiymətləndirilməyəcək.

 

Müsabiqə ilə bağlı ətraflı məlumatı YTB-nin rəsmi internet saytından əldə etmək olar. Sizi maraqlandıran suallarla bağlı isə birdunyaedebiyat@ytb.gov.tr elektron poçt ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz.