NƏ VAXTSA AĞI QARADAN SEÇMƏYİN VAXTI GƏLƏCƏK
(Türk folklorunun estetikası və mənəvi əqidəsi)
Elizbar CAVELİDZE
Oğuz tayfası ağsaqqalının portreti barədə ümumi olaraq yuxarıda söhbət açdım. Halbuki burada yenə də Salur Qazanın tərifini, hər halda, təkrarlamağı məqsədyönlü hesab edirəm: “Tulu quşun yavrusu, bizə miskin umudı, Amit soyinin aslanı, Qaracuğın qaplanı, qonur atın iyəsi... Qalın Oğuzun dövləti, qalmış yigit arxası...” (K.D.Q., səh. 45, D.K.K., səh. 16; O.D.D.K.K. səh. 50). Qısası, gətirilən çıxarışda qədim ənənəvi və ümumən qəbul edilmiş oğuz bəyin obrazı lakonik şəkildə verilmişdir. Belə ki, o, Tülü quşun balası, yazıqların ümidi, Amit soyunun aslanı, Qaraçığın qaplanı, qonur atın yiyəsidir. Ən başlıcası, Qalın oğuzun dayağı, igidlərin arxasıdır. Bədii-estetik model bu cürdür ki, bu da, qədim oğuzların qəhrəman-igidin tipik simasını necə düşündükləri barədə bizdə təsəvvür yaradır.
Lakin bu model pozulur və demək mümkündür ki, oğuz bəylərinin simaları daha rəngarəng və fərqli spektrdə təsvir edilir. Əgər artıq əvvəllər gətirilən iki kəlmə ilə o dövrlər adlı-sanlı bəylərin təbiət və xarakterlərinin verildiyi geniş nüsxəni bir daha xatırlasaq, nəzər yetirən gözlər asanca sezəcəkdir ki, onlar bir-biri ilə fərqli təbiət və xarakterə malikdirlər ki, bunu da onların əxlaqı, elə götürək, zahiri görünüşü, onların məqsədi, təchizatı və geyimi təsdiqləyir. Bir baxışla, sanki əhəmiyyətsiz cizgilərdir, lakin həqiqətdə onların daxili aləminin yayımçısıdır və müvafiq olaraq onlar sxematik qəhrəman tipləri deyil, eləcə də fərdlər fərqli təbiətə və düşüncəyə malik insanlardır. Hər halda, başqaları gücü ilə fərqlənirlər, iri daş parçalarını ovub tökürlər, dəmir qapıları dibindən qopardırlar və altmış tutamlıq iri nizə ilə düşməni bağırdırlar, başqaları isə yenə qalaları dağıdırlar, kafirlərin qanını tökürlər. Pəhləvanları və bəyləri bir-birinin ardınca atdan yerə salırlar, filankəs peyğəmbərin sifətini gördü və vasitəçi adını aldı. Eləsi də vardır ki, kafirləri it ardına buraxır, vətəni tərk edir və otuz yeddi qala-qəsrin sahibi olan bəyin qızını qaçırır; eləsi də vardır ki, Bayburd qalasından aşağı düşdü və yeddi qızın ümidinə çevrildi; bəzisi isə Qazan xanın özünün qadınına məftundur və onu özünə arvad alır. O da diqqətə layiqdir ki, onlar təkcə əməlləri ilə, mübarizə üsulu ilə və qabiliyyəti ilə deyil, eləcə də zahiri görünüşü ilə, geyimləri ilə də bir-birlərindən fərqlənirlər: birinin qartalı var, qızıl kəmər taxıb, birisi qırmızı şalvarda gəzir və özünü bəyənir, bəzisi də qısa budlu, uzun baldırlı, at ağızlıdır, altmış ögəc dərisindən kürk geyinir, lakin topuqlarını örtməyir, altı ögəc dərisindən tikilmiş külah qoyur və qulaqlarını örtmür. Bığlarını ənsəsində yeddi yerdə düyünləyir və sair. Qısası, bəylərin bu müxtəlifliyi və rəngarəngliyi, oğuzların əxlaqi inamından və ənənəsindən tamamilə rüşeymlənən artıq möhkəm qanuniləşmiş igid modelinə uyğun gəlmir və ya artıq halda az uyğun gəlir ki, qeyd etdiyim kimi, onlar bu qəhrəmanların sxematikliyini itirir və onların insani təbiiliyini irəli çəkir (K.D.Q., səh. 58, D.K.K., səh. 27-29; O.D.D.K.K. səh. 83-86).
Ümumiyyətlə, bu sadalamada əhatə olunan qəhrəmanların simalarının birgə mübaliğəli çalarların qamması ilə təsvir olunması təəccüblü deyildir. Çünki bu vasitə, demək olar ki, bütün xalqların folklorunda yayılıb və bir qayda olaraq, oxucuda, istərsə də dinləyicidə təəssüratın yaradılmasına və emosiyalı effektin oyadılmasına xidmət edir. Bu dəfə bizim üçün təhlil olunan eposda hansı əlamət – xüsusiyyətin irəli çəkilməsi diqqətə layiqdir: bu, ilk növbədə fiziki qüvvə, mübarizə həvəsi və qabiliyyəti, kafirlərin qanının tökülməsi, qalaların alınması, düşmənlərin qovulması və belə mühakimə edin, güclü bəylərin qızlarının qaçırılmasıdır. Elə burada qeyd etdiyim kimi, müxtəlif cür göstərilən qəhrəmanların geyiminə əhəmiyyət verilir: qızıl kəmərdən və sırğalardan başlamış, toğlu dərisindən hazırlanış kürklərə qədər. Eləcə də əsas vurğu qəhrəmanın fiziki zahiri görünüşünə və bünyəsinə edilir – qartala tay və onun bənzəri. Zira, bığlarının ənsəsində yeddi yerdə düyünlənməsi, eləcə də qəhrəmanın qeyri-adi gücünə, Dərbənd qapısının qoparılmasına, altmış min kafirin məhv edilməsinə, əlli yeddi qalanın kilidini açmasına və otuz yeddi qala-qəsrin sahibi olan bəylərin qızlarının qaçırılmasına və sair işarədir. Oğuz bəylərini altmış tutamlıq iri nizədən başqa müxtəlif rəngli bədəvi atları gözəlləşdirməlidir. Bu oğuz bəyləri müxtəlif boy-buxunlara malik olmasına baxmayaraq hərəkəti ilə, işi ilə və əməlləri ilə də fərqlənirlər: filankəs üç igid oğuzu atdan yerə saldırır, bəzisi yetmiş min kafirin qanını tökür ki, bu da təəccüblü olmamalıdır. Nəhayət, oğuz igidinin şücaəti iki şeylə bilinir: düşmənin öhdəsindən gəlməklə, onu məğlub etməklə və güclü bəylərin qızlarını qaçırtmaqla. Müəyyən olunduğu kimi, bu sonuncu qədim oğuzlarda bir növ dəyərləndirilirdi və igidlik kimi hesab olunurdu.
Elə burada oğuz qaydalarının ənənəsinə söykənən və onların həyat tərzinə çevrilən etik-estetik məcəllənin başlıca əsasnamələrini xatırlasaq yersiz olmaz:
1) Oğula igidlik və mətinlik xarakterini göstərməyincə ad qoymurdular. Adın qoyulması isə onun tam igid kimi tanınması demək idi.
2) Hər şeydən öncə oğulun valideynlərinə – ana və atasına böyük hörməti olmalıdır və onlara qarşı səmimi, çəkinəcəkli rəftarı olmalıdr.
3) Oğul atanın başını uca etmək üçün döyüşməlidir. Atanın adını şərəfləndirməyən doğulmasa yaxşıdır.
4) Oğul düşmənə qarşı qorxmadan mübarizə aparmalıdır. O, həyatı bahasına da olsa ata və qardaşını əsirlikdən və dardan qurtarmalıdır.
5) Ata ola bilsin ki, oğlunu qurban versin, amma oğulun atanı qurban verməyə haqqı yoxdur.
6) Həqiqi igid anasının sözünü yerə salmaz.
7) İgid oğul atasından süfrə açmağı öyrənməlidir. O, comərd, səxavətli olmalıdır: öz qənimətindən acların qarnını doyurmalı, çılpaqlara əyin-baş almalıdır.
8) Oğuzlar arasında beşikkərtmə yayılmışdı. Lakin qəhrəmanlıq eposuna uyğun olaraq, adaxlı axtaran igid ox atır və o, tale oxu düşdüyü yerdə könül həmdəmini axtarmalıdır (Adaxlı axtarmağın bu cür ənənəsi demək olar ki, bütün xalqların folklorunda yayılmışdır).
9) Lakin oğul adaxlısını valideynlərinə göstərməyincə onun bacasına yaxın gəlmir.
10) Oğuz igidinin daha bir müsbət xüsusiyyəti – o, öz əsir düşmüş dostlarını xilas etməyincə öz sevgilisinin istəyinin yerinə yetirilməsindən imtina edir. Yatanda da özü ilə nişanlısı arasına qılınc qoyur və bildirir: Onları xilas etməyincə səni xoşbəxt edə bilmərəm.
11) Oğuz igidinin həyat tərzi ovçuluq və ziyafət, yeyib-içmək, eyş-işrətdir ki, bu da çox hallarda həddini aşır və ona təhlükə yaradır.
12) Sosial differensiyalaşdırmaya baxmayaraq başlıcası, hər halda, sədaqətdir: adi çoban öz bəyinə səmimi qəlbdən sadiqdir. Lakin bu sonuncu onun fədakarlığını, səmimi sadiqliyini biabır edir və ona ləyaqətsizlik göstərir ki, bu da onu müsbət olaraq göstərmir. Kontrastlı qarşıdurma bu təhlil olunan eposda çobana qarşı oxucunu hüzn-rəğbətli əhval-ruhiyyədə edir, bu, qəhrəmanlıq eposunda xalq əhval-ruhiyyəsinin hökm sürdüyü faktını təstiqləyir və xalqın ruhu qalib gəlir ki, bu da təəccüblü deyildir.
13) Dədə Qorqudun oğuz tayfalarının güclülüyü məhz elə bu pilləli möhkəm əlaqələrə və sədaqətə əsaslanıb. Bütün tayfaların başçısı və bəyi xaqana sədaqətli və itaətkar olmalıdır. Lakin xaqana qarşı sadiqlik çat verən kimi buna görə igidi öldürəndə iç və dış oğuzlar arasında parçalanma baş verdi. Qazanın qalib gəlməsinə, xəyanətkar Uruzu qətlə yetirməsinə baxmayaraq, hər halda, oğuz dövlətinin qüdrəti sarsıldı və dağılmağa, parçalanmağa başladı.
Qədim oğuzların yaşadığı əxlaqi-etik ənənə həddindən artıq qısa olaraq bu cürdür. Bu ənənəyə bütün oğuz igidi ciddi şəkildə əməl edirdi. Lakin bu fani dünyanın yoldan azdırıcı tələsi dolu olduğundan oğuz igidləri də hərdənbir büdrəyirlər. Budur, elə götürək, yuxarıda gətirilən Uruzun xəyanətini və onun xain, müxənnət hərəkətini. Eləcə də elə burada Dirsə xana onun oğlu Buğacın baş kəsici hərəkətini təhrik edən paxıl igidlərin xəyanətkar davranışını, ataya oğulu qurban verdirdiklərini və öldürtdüklərini xatırlamalıyıq. Belə ki, heç də oğuz ənənələrini inkar deyil, eləcə də, ümumiyyətlə, qeyri-insani davranışdan da kənara çıxır. Lakin oğulun ataya rəva görməməsinə baxmayaraq, məhz elə bu, möhkəm bərqərar olan ənənədir. Atanın davranışı isə bizi necə təəccübləndirməməlidir, yenə də oğuz ənənəsinin pozulmasından irəli gəlir, xainlərin təhriki ilə o elə düşünür ki, onun oğlu kişilik məcəlləsini inkar edəndir. Qısası, ənənəni pozan, əxlaqsızlıq edən atanın əli ilə cəzalanır. Konkret halda atanın günahı odur ki, onu xainlərin xainliyi və yalanı əmin etdi, halbuki o, özünün yeganə oğlunu və ümidini qurban verir, o məhz elə oğuz ənənələrini və əxlaqını pozan şəxs kimi hesab edir.
Əsərdə ataya qarşı oğulun ədəbsiz, həyasız müraciətinə rast gəlirik. Uruz atasına belə müraciət edir: “Dəvəcə böyümişsən, köşəkcə aqlın yoq! Dəpəcə böyümişsən, darıca beynin yoq!..”
(K.D.Q., səh. 89, D.K.K., səh. 60; O.D.D.K.K. səh. 100). Bu kobudluğa ata fikir vermir. Gülür və “Uruz xub söylədi, şəkər yedi” – deyir. Onların dialoqu bununla sona yetir ki, bu da oğuz etikasının baxış dairəsinə görə yolverilməzdir və qəbul edilməzdir. Lakin burada ata-oğulun təbii münasibətləri özünü büruzə verir ki, bu da etik çərçivələrinə sığmır. Halbuki oğuz igidlərinin həyatında təbii hadisə idi. Elə burada vurğulamalıyam ki, “Dədə Qorqud” əsərinin süjeti və semantik inkişafı tamamilə orta əsrlərin qəhrəmanlıq eposunun qanuniləşdirilmiş ümumi qaydasına aiddir, lakin həyat sayağı real hadisələri də əhatə edir ki, bu da tamamilə təbiidir, illah da ki, folklor əsərinə toxunan zaman.
Bu qəhrəmanlıq eposuna qatılan yumor epizodları da həmçinin həyat sayağı realları əks etdirir. Çəkilən səhnə öz zamanında məqbul və təsirli yumor ilədir ki, burada da Dəli Qarcar öz şıltaq tələbinə görə birələr otağına düşür, ac və susamış birələr onun bədəninə daraşanda Dəli Qarcar bağırtı və inilti ilə Dədə Qorquda üz tutur. O isə rahatca cavab verir: Oğul Qarcar, qarğayıb eləməyəsən, bu tapşırdığım şeydir, götür! Nə oldu, belə özünü itirdin? Köklərini seç, arığını qoy!.. Bu halda xeyir və şərin, ağ və qaranın kontrastı gülüş əhval-ruhiyyəsini yaradır.
Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU