Tbilisi metrosu 55 yaşındadır. Metro rəsmi olaraq 1966-cı ilin 11 yanvarında açılıb və 6 dayanacaqdan (“Didube”, “Elektrodepo”, “Oktyabr” (sonradan “Nadzaladevi”), “Vağzal meydanı”, “Marcanişvili” və “Rustaveli”) ibarət olub. Onun uzunluğu isə 6,5 km təşkil edirmiş. Tbilisi metrosu keçmiş Sovet İttifaqında (Moskva, Sankt-Peterburq və Kievdən sonra) dördüncü metro sistemi idi. Metronun inşasına ötən əsrin 50-ci illərində başlanılıb.

 

Tbilisi metrosu gündəlik 400-dən 450 minə qədər sərnişinə xidmət göstərir. İndi koronavirusa görə 28 noyabrdan digər nəqliyyat vasitələri kimi Tbilisinin ən sürətli nəqliyyatı da dayandırılıb.

 

“BusinessPressNews” Tbilisi metrosu haqqında çoxlarının bilmədiyi maraqlı faktları təqdim edir:

 

• Birinci xətdə “Axmeteli teatrı” dayanacğından “Varketili” istiqamətində hərəkət edən qatarın ümumi marşrutuna hər iki çıxış istiqamətində 60 dəqiqə vaxt lazımdır. Saburtalo xəttində isə hər iki istiqamətdə qatara 30 dəqiqə vaxt lazımdır.

 

• Birinci xəttin uzunluğu 40 kilometr təşkil edir, Saburtalo xəttinin uzunluğu isə 17 km-dir.

 

• Birinci xətdə işləyən qatar gündəlik orta hesabla 400 kilometr, Saburtalo xəttində işləyən qatar isə 311 kilometr qət edir.

 

• Tbilisi metrosunun dayanacaqlarında olan bütün eskalatorların ümumi uzunluğu 10 kilometr təşkil edir.

 

• Tbilisi metrosunun tunellərinə gəldikdə isə, ayrıca götürülmüş relslərə görə tunellərin ümumi uzunluğu 53,7 kilometr təşkil edir. Buraya köməkçi tunellər və döngələr də daxildir.

 

• Ən dərin dayanacaq “Rustaveli”dir. Dayanacaq 60 metr dərinlikdə yerləşir.

 

• Metro ildə orta hesabla 65 milyon kilovat-saat elektrin enerjisi sərf edir.

 

• Tbilisi metrosunun tunellərindən gündəlik 25 min ton su çıxarılır.