ALEKSANDRE ORBELİANİ

 

(əvvəli)

O biri günün səhəri çar Solomanın göndərdiyi adam Çar İrakliyə şəhərin demək olar ki, yarısının yığışıb getdiyini bildirən zaman, yuxarıda qeyd etdiyimiz kimi, karaullar Ağa Məhəmməd şah Qacarın da yığışıb getdiyini bildirdilər. Şəhərlilərə də müjdəçilər göndərildikdə buna daha çox əmin oldular: Görəsən bizi aldatmırlar? – Buna görə də şəhərlilər düşünmədən şəhərdə qaldılar və hamısı çar İrakliyə Allahdan uzun ömür diləyərdilər. Çar İrakli Ağa Məhəmməd şah Qacarın səfirini tutdurub şəhərə ki göndərdi, yuxarıda xatırlatdığımız kimi, bazar ertəsi gecə gizli şəkildə Artem Araratski onu aradan çıxartdı və Ağa Məhəmməd şah Qacarın yanına gətirdi. Ağa Məhəmməd şah Qacar onu məzəmmət etdi: İndiyədək harda idin? – Səfir özünü doğrultdu, sonra səfirdən onların yığışıb getmə səbəbini soruşdu. Budur Ağa Məhəmməd şah Qacarın cavabı: “Çar İrakli Nadir şahın yetirməsidir. O mənimlə müharibəyə heç də başlamadı, məni öz şəhərinin girəcəyinə gətirdi, iki gün böyük savaş etdik və ondan heç nəyi əskildə bilmədik; Görünür, çar İraklinin o dərədə gizlədilmiş böyük qoşunu vardır və mənə bilərəkdən az göstərdi, yoxsa, az qoşunu olsaydı, bu işi mənə edə bilməzdi (Ağa Məhəmməd şah Qacar öldürüldükdən sonra çar İrakli Gəncə qalasını alanda Cavad xanı çıxartdı və son vaxtda yaxşıca özünə çəkdi. Qeyd etmək lazımdır ki, o İrakliyə dedi: “Ağa Məhəmməd şah Qacarın qoşunu o iki günlük müharibədə on minə qədər adam itirdi).

 

Mən görürəm ki, çar İrakli mənim üçün belə bir şey planlaşdırır, əgər getməsəm, sonda peşman olum? Səfir and içərək onu əmin etdi: Çar İraklinin sizin gördüyünüz qədər ordusu yoxdur, Artem Araratskinin dediyi ordudan çox: O dövrün qoruyucusu şəhərin adamlarını ələ aldı və ya onlara pul verdi, bundan sonra şəhərdən necə çıxartdı, ya şəhər qalasının divarından necə çıxdılar, ya da o dağlara necə çıxardı – bütün bunlar incəliklə Artem Araratskinin əməlini nəql etdi və bununla Artem Aratskinin ismarıcını bildirdi: Şəhər əhvalatı, onları qorxutması və şəhərin yarısının yığışıb getməsi və sair... Səfir tərəfindən Ağa Məhəmməd şah Qacar əmin edildi və bundan sonra yenə ondan məsləhət istədi: Bəs, nə etməliyəm?

 

– “Mənə altı min döyüşçü ver, mən bu tərəfin kəsə yollarını indi yaxşı bilirəm. Kəsə yollardan biri ilə  irəliləyib çar İraklinin arxasına keçəcəyəm, bu tərəfə siz gedəcəksiniz, öz qoşunu ilə ortada tələyə düşürərik və idarə olunmaz hala salarıq”.

 

Bu məsləhət onun çox xoşuna gəldi, amma beş mindən artıq döyüşçü vermədi və bu qoşunla yola saldı.

 

Bu qədər bədbəxtliklə yanaşı bu səhər o qədər çən-duman oldu ki, yüz addımlıq məsafə daha müəyyən edilmirdi. Səfir öz qoşunları ilə gələndə, Ağa Məhəmməd şah Qacar bir az sonra geri qayıdıb onları şəhərə doğru apardı. Çar İraklinin öncül karaulları onları sezdilər, qızılbaşların yenidən qayıtdıqları xəbərini Soğanlığın o dar yollarında öz qoşunu ilə yeni qazılmış səngərlərdə dayanmış çara bildirdilər. Bu son xəbər İrakliyə çatanda o, Solomana dedi: Nədənsə səni pis əhval-ruhiyyəyə saldım. Buna görə ikinci çərşənbə axşamının səhəri, yəni sentyabrın 11-də o dar yolları iki-üç yerdə bağlatdırmışdı, bunun üçün də daş, qaya parçası, çınqıl və əllərinə nə keçdisə yolun ortasına tökdürdü: Böyük qoşunun bəriyə gəlməsi üçün çətin olsun deyə, ona kimi də işimizi görə bilək.

 

İrakliyə Ağa Məhəmməd şah Qacarın qayıtması xəbəri veriləndə o, qışqırdı: “Nəyi düşünürdümsə, o da baş verdi. İndi tələsik çəkilək və şəhərin ağzındakı toplarımızın yanına gedək. Əgər bu dəhşətli duman olmasaydı, nəinki qoşun, heç bir qızılbaş döyüşçüsü getmək istədiyi yerə gedə bilməzdi. Amma dumandan qorxuram”. (Kocori, yəni Tabaxmela dağ yollarını çar Davit tutmuşdu. Çar İraklinin isə ümidi var idi ki, o tərəfə, dağa heç kimi buraxmayacaqdı. Sonra aydın şəkildə oxuyacağıq). Eyni zamanda Solomanın yanına yaxşı atlı bir adam göndərdi: Bəli, tez topun yanında qoşununla məni qarşıla, özün də orduya münasib olaraq bəri çəkil, tez. Amma qızılbaşlar onu üstələdilər və topların başının üstünü aldırdılar. Bu qədər bədbəxtliyə bir bədbəxtlik də əlavə olundu. Bu zaman duman çəkildi və qızılbaşlar topları gördülər, bunu o min imerelilər təsdiqlədlər: Çar İrakli öz ordusu ilə sıradan çıxarılıb, yoxsa qızılbaşların qoşunu bu tərəfdə nə gəzirdi? – Topların başçısı çar İraklinin mayoru tavad Giorgi Quramişvili bir azca gözləmək üçün neçə dəfə yalvardı: Siz nəyi düşünürsünüzsə, yalandır. Lakin bunu etmədilər, şəhərə bu xəbəri gətirdilər, bu zaman çar Soloman ordusu ilə Hamamlar qapısında dayanıb öz babasının əmrini gözləyirdi: Hara buyuracaqsa, ora da gedəcəyəm. Amma çar İrakli o adamı çar Solomanın yanına göndərdi: Məni topların yanında qarşıla, o adamın Kocorinin öncül Qızılbaş ordusunun adamları rastına çıxdılar və orada onu öldürdülər.

 

İmeretinin o min döyüşçüsü bu xəbəri çar Solomana çatdırdılar: Qızılbaşlar çar İraklini öz ordusu ilə tamamilə qırıb məhv etdilər, topları götürüb apardılar və biz güclə sağ qaldıq. Gənc adam çar Solomanı bu anlaşılmaz yalanla qaçırıb, tələsik İmeretiyə apardı.

 

Sakitləşən şəhərin demək olar ki, yarısının əhalisi bir-birini əmin etdi: “İmerelilər bizə xəyanət etdi, yoxsa bu səhər bizə müjdəçi gəlməzdi ki, Ağa Məhəmməd şah Qacar yığışıb tələsik getdi”, deyə. Bu hadisələrdə  şahzadə David dörd yüz nəfərlə və dörd topla Kocori, yaxud Tabaxmela dağının yollarını bağlamışdı ki, Ağa Məhəmməd şah Qacarın hərəkəti, hara getdiyi ilə bağlı çara xəbər verə.

 

Məlumdur ki, əgər dağ yolu ilə Qızılbaş qoşunu gəlsəydi, dərhal toplar atılmalı idi ki, xəbər versinlər: Dağın üzərindən Qızılbaş qoşunu gəlir. Top səsini eşidib qaçanlarla özü də vuruşurdu; O, ordusu ilə tələsik topların yanına gələcəkdi, onda Qızılbaş ordusu çar İrakliyə heç nə edə bilməyəcəkdi, lakin Qızılbaş ordusu şahzadə  Davidin dayandığı kəsə dağ yolundan keçəndə bir dənə də olsun atıcıya rast gəlmədi və sərbəst keçdilər. Əgər şahzadə David topları orada qoymasaydı və oradan çıxmasaydı, bu qədər atıcı ilə və topla o dağı  möhkəmləndirərdi, qızılbaşları bura buraxmazdı.

(davamı)

 

Gürcü dilindən tərcümə edən:

Mirzə MƏMMƏDOĞLU