Tədris ili Gürcüstanın bütün ümumtəhsil müəssisələrində 15 sentyabr tarixində başlayır. Bu tarix qanunvericiliklə müəyyən edilib və yalnız 15 sentyabr istirahət gününə təsadüf etdiyi halda dəyişdirilir. Həmin gün ölkə məktəblərində tədris prosesi ilk iş günü bərpa olunur.

 

Maraqlıdır, başqa ölkələrdə oxşar təcrübə varmı?

 

Gürcüstan kimi Azərbaycanda da tədris ili 15 sentyabrda başlayır. 15 sentyabr bütün ölkə üçün mühüm gündür və Bilik Günü adlanır.

 

Tarix Azərbaycan prezidenti İlham Əliyevin 2004-cü il 21 avqust sərəncamı ilə müəyyən edilib.

 

Ölkədə təhsil sistemi məktəbəqədər təhsili, ümumi (orta) təhsili, peşə (orta xüsusi və ali) təhsilini, aspirantura, magistratura və doktoranturanı əhatə edir.

 

Azərbaycanlı uşaqlar məktəbdə 6 yaşından təhsil almağa başlayırlar. Ümumi təhsildən başqa Respublika məktəblərində xarici dillər də geniş tədris olunur.

 

Sentyabrın 15-i tədris ilinin başlanmasını qeyd etmək üçün böyük şənlik və bayram tədbirləri təşkil olunur.

 

15 sentyabrda Bolqarıstanda da təhsil prosesi başlayır. Ölkədə uzun illərdir hüquqi və mədəni səviyyədə bu təcrübə qorunub saxlanılır.

 

Ölkədə tədris ilinin müddəti məsələsinə 1870-ci illərdə pedaqoji və yeparxiya toplantılarında qərar verilib. 1873-cü ildə “Kənd məktəblərinin nizamnaməsi” hazırlanıb. Nizamnaməyə əsasən, bu uşaqlar üçün təhsil ili 9 ay davam etməlidir. Həmin toplantıda qərar verilir ki, ibtidai təhsil vacibdir, tədris ili isə dini bayramdan sonra – 15 sentyabrda başlasın.

 

Dəyişiklik 1952-ci ildə baş verib və tədris ili çərçivəsi ilə əlaqədar olub – 1 sentyabrdan 30 maya qədər, buna Sovet İttifaqında olan təhsil sistemi də təsir göstərib. Bu model Bolqarıstanın təhsil sistemi üçün yararsız oldu. 1957-ci ildən bu günə qədər Bolqarıstanda tədris ilinin başlanğıcı 15 sentyabrdır.

 

15 sentyabrda adi qaydada Lüksemburqda da təhsil başlayır. Ancaq burada tədris ili 15 iyulda başa çatır.

 

Tədris ilinin başlaması vaxtı şagirdlərin dincəlmək üçün vaxtının olmasına uyğun seçilib.

 

Müvafiq olaraq, 15 sentyabr tədris ilinin adi başlanğıcıdır, amma sabit rəqəm yoxdur.

 

Mənbə: edu.aris.ge