Gürcüstan Xalq Müdafiəçisinin 2024-cü ildə Gürcüstanda insan hüquqları və azadlıqlarının müdafiəsi ilə bağlı vəziyyətlə əlaqədar hazırlanmış, apreldə isə qanunvericilik orqanına göndərilmiş son hesabatına əsasən, 2024-cü ildə statusu dayandırılmış şagirdlərin sayı 11 minə çatıb.

 

Hesabatda bildirilir ki, ölkə miqyasında 2086 ictimai və 9 pansion xidməti olan 206 özəl məktəb fəaliyyət göstərir. 2024-2025-ci tədris ilinin göstəricilərinə görə, şagirdlərin ümumi sayı 640499 nəfər təşkil edir. 2024-cü ildə ümumilikdə 10800 şagir təhsilini dayandırıb ki, bu da 2023-cü ildə statusu dayandırılan şagirdlərin sayından 2601 dəfə azdır. Buradan 7599 şagirdin statusu dayandırılıb, 3201 şagirdin statusu isə ləğv olunub. 10800 şagirddən 1976-sı xarici ölkə vətəndaşıdır, 2 şagirdin isə heç bir vətəndaşlığı yoxdur.

 

“Statistikaya əsasən, statusun dayandırılması əksər hallarda “ailə ilə birlikdə xaricə getmək”, “valideynin/qanuni nümayəndənin müraciəti”, “təhsili peşə kollecində davam etdirmək”, “davamlı şəkildə dərsə getməmək” halları ilə əlaqədardır. Bölgələrə görə 2024-cü ildə şagirdin statusunun dayandırılması, yaxud ləğv edilməsi ilə bağlı ən yüksək göstərici Tbilisidə (4170 şagird), Kvemo Kartlidə (1979 şagird) və Acarada (1273 şagird) qeydə alınıb” – hesabatda qeyd olunub.

 

Şagirdin statusunun dayandırılması/ləğv edilməsinin əsas səbəbləri olaraq aşağıdakılar göstərilir:

 

• Ailə ilə birlikdə xaricə getmək – 3900;

 

• Maliyyə borcu – 33;

 

• Qalmış vauçerlərin ödənməməsi – 6;

 

• Məktəbdən uzaqlaşdırılmaq – 30;

 

• İşğal edilmiş ərazilərdə təhsili davam etdirmək – 23;

 

• Dərsdə davamlı olaraq iştirak etməmək – 1427;

 

• Ailə qurmaq – 43;

 

• Ölüm halları – 62;

 

• Valideynin/şagirdin ərizəsi əsasında – 2595;

 

• Sağlamlıq vəziyyəti – 122;

 

• Səviyyəni aşmaqla uzaqlaşdırılmaq – 218;

 

• İşə başlamaq – 300;

 

• Təhsilini peşə kollecində davam etdirmək – 2041.

 

Sənəddə qeyd edilir ki, Xalq Müdafiəçisinin illərdir şagid statusunun dayandırılması/ləğv edilməsi üzrə vahid statistikanın tamamlanması, qaydaya salınmasının əhəmiyyətini qeyd etməsinə baxmayaraq, Təhsil, Elm və Gənclər Nazirliyinin məlumatına görə, statusun dayandırılması ilə bağlı müraciətlərin statistikasını qaydaya salmaq üçün yenidən işlər aparılır. Eləcə də qurumdaxili tənzimləmələrdə dəyişikliklər edilməsi, təcrübənin analiz edilməsi əsasında da işlər həyata keçirilir.

 

Mənbə: edu.aris.ge