Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi resurs mərkəzlərə, ictimai və özəl məktəblərə bədən tərbiyəsi və idman dərsləri zamanı koronavirusdan qorunmaqla bağlı tövsiyələrdən ibarət sənəd göndərib. Sənəddə deyilir:

 

Xahiş edirik, təqdim edilmiş tövsiyələri tabeçiliyinizdə olan ictimai və özəl məktəblərə çatdırasınız. Bədən tərbiyəsi və idman dərsləri qeyd olunan tövsiyələrə uyğun şəkildə keçirilsin.

Bədən tərbiyəsi və idman dərslərini açıq məkanda bütün sinfin iştirakı ilə keçirmək mümkündür;

 

Bədən tərbiyəsi və idman dərslərinin açıq məkanda keçirilməsi zamanı əlçatan yerdə əl üçün antiseptik vasitələr yerləşdirilsin;

 

Qapalı məkanda bədən tərbiyəsi və idman dərslərinə hazırlıq hissəsinin keçirilməsi bütün sinfin iştirakı ilə 1 metrlik məsafəni qorumaqla mümkündür.

 

Əgər qapalı məkanda bədən tərbiyəsi və idman dərslərində sinifdə şagirlərin sayı 20-dən çox olarsa, zalın sahəsi isə 180 kvadratmetrdən az olarsa dərsin əsas hissəsi sinfi iki qrupa bölməklə (bir qrup fiziki fəallıqlara qoşulmalı, digər qrup isə 1 metrlik məsafəni qorumaqla onlar üçün xüsusi ayrılmış yerlərdə oturmalıdır) keçirilməlidir. Müəyyən vaxtdan sonra qruplar yerlərini dəyişməlidir. Zalın sahəsi 180 kvadratmetrdən artıq olarsa sinfin tam iştirakı ilə 1 metrlik məsafə saxlamaqla dərsi keçmək mümkündür.

 

Qapalı məkan sahəsi 288 kvadratmetr və daha artıq olan ümumtəhsil müəssisələrində (12x24-ə və başqa zal  nəzərdə tutulur) sahənin iki hissəyə bölünməsi ilə (məkanlar bir-birindən lent, yaxud başqa vasitə ilə bölünməlidir) eyni zamanda iki sinfin bədən tərbiyəsi və idman dərslərində iştirakı mümkündür (dərs keçilən zaman yuxarıda verilmiş tövsiyələr nəzərə alınmalıdır);

 

Baza-orta pillədə bədən tərbiyəsi və idman fənni üçün ayrılmış 2 həftəlik saatdan ola bilsin 1 saatı məktəb sahəsində fiziki fəallıqlarla keçirilsin, 1 saatı isə distant təhsilə ayrılsın (distant təhsil zamanı layihələrin hazırlanması və təqdimatı, eləcə də fiziki fəallıqların həyata keçirilməsi mümkündür);

 

İbtidai siniflər üçün bədən tərbiyəsi dərslərinin keçirilməsi ən azı 1 metr məsafə saxlamaqla qeyd olunan sonrakı məkanlarda mümkündür:

- İdman zalı;

- Açıq meydança;

- Dəhliz;

- Akt zalı;

- Sinif otağı;

- Foye;

- Başqa.

 

İbtidai sinif müəllimləri (I-IV sinif) siniflə birgə təşkil edilmiş qaydada məktəbin həyətində 15 dəqiqəlik gəzintiyə çıxa bilərlər (pis hava şəraitində gəzinti məktəbin qapalı məkanında keçirilə bilər).

 

Qeyd: gəzinti zamanı sonrakı fəallıqların həyata keçirilməsi mümkündür (1 metrlik məsafəni qorumaqla):

- Məşqlər (gəzinti);

- Ümumi inkişaf məşqləri (yuxarı əzələlərin, bel və aşağı əzələlərin məşqləri);

- Hərəkətli oyunlar (mümkün olan halda).

 

Təhlükəsizliyin qorunması məqsədi ilə bədən tərbiyəsi və idman müəlliminə yardım göstərə bilər: başqa bədən tərbiyəsi və idman müəllimi, sinif rəhbəri, məktəbin digər müəllimi/əməkdaşı.

 

Dərs prosesində idman növünün spesifikliyindən irəli gələrək idman ləvazimatlarından istifadə oluna bilər, məsələn, top və sair kimi. Ancaq dərs prosesi başa çatdıqdan sonra idman ləvazimatlarının hamısı dezinfeksiya edilməli və şagidlər, müəllimlər əllərini gigiyenik vasitə ilə yumalıdırlar.

 

Qapalı məkanda dərs prosesi zamanı idmanın qeyd olunan növləri tövsiyə olunur: masaüstü tennis, badminton, atletika, gimnastika, tennis, voleybol və hərəkətli oyunlar. Ancaq basketbol, futbol, həndbol, reqbi və idmanın digər növlərinin yalnız texniki elementlərinin tədrisi mümkündür. Belə ki, şagirdlər arasında təmas minimuma endirilməlidir.     

 

Ümumtəhsil müəssisələrinin idman zallarının geyim otaqlarında asılqanlar 1 metrlik məsafəni qorumaqla düzəldilməlidir. Şagirdlər əyinlərini dəyişərkən təşkil edilmiş ardıcıllığa və 1 metrlik məsafəyə əməl etməlidirlər.

 

Tövsiyələr L.Sağvarelidze adına Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzi ilə əməkdaşlıq nəticəsində hazırlanıb.

 

Mənbə: etaloni.ge

Gürcü dilindən tərcümə: Aynurə ƏLİYEVA