Saatın qiymətini 96 lariyə qədər artırmışıq deyirlər.

 

Maraqlıdır, bu rəqəm haradan çıxdı?

 

18 saata görə orta (ümumi) təhsili olan kadr 433 lari alırdı. Baş müəllimin əlavəsi 15 saata görə 795 lari idi. 433+795=1228. Buna vəd edilən 500 larilik əlavəni də artıraq. 1728 lari oldu. 1728:18= 96 lari. Bu 96 lari ümumi və orta peşə təhsili olan şəxslərə ilk 14 saat üçün baza əməkhaqqıdır. Baş müəllim əlavəsi saatlıq xərcə daxil edilir və ayrıca mövcud olmayacaq.

 

Cədvələ əsasən 206 lari dəyəri olan 15-ci saatda nə baş verir?

 

Statusun 795 larilik əlavəsi indiyə qədər 15 saata görə tam verilirdi. 795 larini 15-ə bölsək saata 53 lari gəlir. Yeni hesablama zamanı əlavə ilə birlikdə ümumi məbləğ 15-ə deyil, 18-ə bölünüb. Ona görə də saata 53 lari əvəzinə 44,17 lari düşüb. Fərqi birbaşa 15-ci saata əlavə ediblər ki, sonra kimsə 15 saata tam əlavəmizi vermirlər deyə mübahisə etməsin. Bununla 15 saatı olmayan müəllimlərin hər saatda əlavəsi 9 lari azalıb. 15 saatdan yuxarı bütün saatların qiyməti 80 lari olub.

 

Baş müəllim orta-peşə təhsili ilə 18 saata 1790 lari alacaq. 455+795=1250 idi. Onlar üçün artım 550 lari alınır.

 

İndi baxaq aparıcı müəllimlərin əməkhaqqında nə baş verib. Dəqiqlik üçün yenə orta-peşə təhsili olanlara hesablayaq (bakalavr və ya magistratura əlavəsi, demək olar, eynidir. Ona görə də müqayisəyə təsir göstərmir). Onların əməkhaqqı indiyə kimi belə idi: 455+1175=1630. Buna vəd verilmiş 500 lari əlavə olunarsa, tam qrafikə görə (həftədə 18 dərs saatı) əməkhaqqı 2130 lari olmalı idi.

 

Real olaraq baş müəllimin 1790 larisinə yalnız 150 lari əlavə olunur (o da yalnız bir məktəbdə). Yəni belə çıxır ki, 1790+150=1940 lari alınır. Mövcud olanla müqayisədə artım 310 laridir. Əgər nəzərə alsaq ki, köhnə qayda ilə 2024 və 2025-ci ilin yanvarından 125 lari artırılmalı idi, 60 lari artım alındı.

 

İndi mentor müəllimlərlə nə baş verdiyinə baxaq. Dəqiqlik üçün yenə də orta-peşə təhsili olanlara hesablayaq (bakalavr və ya magistratura əlavəsi yeni qaydada da, demək olar, eynidir, ona görə müqayisəyə təsir göstərmir). Onların əməkhaqqı indiyə kimi belə idi: 455+1475=1930. Buna vəd verilmiş 500 larilik artım əlavə olunduqda, tam qrafikə görə (həftədə 18 dərs saatı) əməkhaqqı 2430 lari olmalı idi.

 

Real olaraq onların baş müəllim statusuna yalnız 300 larilik funksiya əlavəsi (o da yalnız bir məktəbdə) artırılır. Yəni belə çıxır ki, gözlənilən 2430 lari əvəzinə 1790+300=2090 lari alınır. Mövcud olanla müqayisədə artım 160 laridir. Əgər nəzərə alsaq ki, 2024 və 2025-ci ilin yanvarından köhnə qayda ilə  125 lari artım olmalı idi, 90 lari azalma alındı.

 

İndi az saatı olan müəllimlərin, bu xoşagəlməz qrafikdə belə tam əlavə alanların taleyini müzakirə edək. Dəqiqlik üçün yenə də orta-peşə təhsili olanlara hesablayaq (bakalavr və ya magistratura əlavəsi yeni qaydada da, demək olar, eynidir, ona görə müqayisəyə təsir göstərmir). Məsələn, kompüter texnologiyalarında 7 saatı olan müəllim. Onların əməkhaqqı indiyə kimi belə idi: 171+1475=1645. Buna 7 saata əsasən vəd verilmiş əlavəni, 194 lari artırsaq, eyni qrafikə (həftədə 7 dərs saatı) əməkhaqqı 1839 lari olmalı idi.

 

Real olaraq onların 7 saatının 672 larisinə yalnız 300 lari əlavə olunur (o da yalnız bir məktəbdə). Yəni gözlənilən 1839 lari əvəzinə 672+300=972 lari alınır. Mövcud olanla müqayisədə azalma 1645-972=673 lari. Əgər nəzərə alsaq ki, 2024 və 2025-ci ilin yanvarından köhnə qayda ilə 125 lari artım olmalı idi, 923 lari azalma alınır.

 

Hakimiyyət qərar verib ki, müəllimləri gözlənilmədən belə azalmadan qorusun və 2 il ərzində indi əməkhaqqı az olanların keçid maddəsi ilə köhnə əməkhaqqını saxlayacaq, hətta üzərinə 200 lari də artıracaq.

 

Amma bu yeni qayda ilə mentor müəllimlərin əməkhaqqının yekunda əhəmiyyətli dərəcədə azalması faktını dəyişmir. Aparıcıların əməkhaqqı isə olduğu kimi qalır və ya bir az artırılır.

 

Az saat ilə tam əlavəsi olan müəllimlər üçün azalma dəhşətlidir (yarıya bölünür).

 

Bütün bunlardan əlavə müəllim fənn qrupundan bir fənn imtahanı veribsə və həmin qrupdan başqa fənləri tədris etdiyi halda əlavə alırdı. Həmçinin rus dili (xarici dil kimi) imtahanını vermiş və rus sektorunda rus dilini ana dili kimi tədris edənlərə status əlavəsi verilirdi.

 

2 il belə davam edəcək (keçid dövründə). Sonra isə fənn imtahanını uğurla vermiş müəllimin dərs saatının qiymətini 96 lari hesablayacaqlar. Qalan saatlar köhnə hesab ilə ödənir.

 

Bu kimi əməkhaqqı siyasəti hansı risklər yaradır?

 

1. Uğurlu və islahatların ardınca gedən müəllimlərin tam məyusluğu, ətalət və minimal həvəslə işləməyə davam etmək;

 

2. Əməkhaqları “görünməmiş artım” əvəzinə xeyli azalan peşəkar kadrların sistemdən və ölkədən getməsi;

 

3. Fənn qruplarından tam əlavəni almaq üçün 15 saata qədər ardıcıl saatlarla qrafiki dolduranların 2 ildən sonra əməkhaqqı əhəmiyyətli dərəcədə azalacaq (25 % və daha çox). Bu onların elementar yaşayış şəraitinin olmaması səbəbindən sistemdə qalmalarını qeyri-mümkün edəcək;

 

4. Onsuz da çatışmayan ixtisaslara marağın kəskin azalması, bu da müvafiq fakültələrə daha az abituriyentin cəlb olunmasına gətirib çıxaracaq;

 

5. Sistemdən çıxan kvalifikasiyalı kadrları əvəz edəcək kadrların cəlb olunmasına, dəvət olunmuş və ya statusu olmayan, “axtaran” müəllimlərin yenə 300-400 lariyə məktəbdə saxlanılması mümkün olmayacaq;

 

6. Sinif rəhbərlərinin 80 larilik əlavəsi uzun zamandır məsxərəyə səbəb olub və məktəblərdə sinif rəhbərini məcburi qaydada təyin edirlər. Bu isə uşaqlara qarşı qeyri-müvafiq diqqət riski yaradır;

 

7. Bakalavr və magistratura dərəcəsi olanlar arasında, magistratura və doktor dərəcəsi olanlar arasında əməkhaqqının fərqi o qədər cüzi olub ki, kiminsə nadir halda təhsilini inkişaf etdirmək, kvalifikasiyasını yüksəltmək istəyi yaranacaq;

 

8. Hakimiyyətə qarşı antaqonist olan vətəndaşların sayını artırır ki, bu da seçkilərdə özünü göstərir.

 

Bu gün təhsil sistemimiz hansı çatışmazlıqlar qarşısında durur?

 

1. Dağlıq regionlarda riyaziyyat, fizika, kimya, biologiya, kompüter texnologiyaları, xarici dil, musiqi, incəsənət, idman sahələrində ixtisaslı (tək ixtisaslı deyil) kadrların kəskin çatışmazlığı!

 

2. Pedaqogika və əvvəlki bənddə sadalanan istiqamətlə maraqlı tələbələrin kəskin çatışmazlığı!

 

3. Kvalifikasiyalı pedaqoqlar korpusunun 60 %-nin və daha çoxunun 55 yaşdan yuxarı olması!

 

4. Region məktəblərində dözülməz infrastruktur problemləri!

 

Bu gün aparılan, söz oyunu ilə aldadılmağa istiqamətlənmiş əməkhaqqı siyasəti yuxarıda qeyd olunan heç bir risk və problemə cavab olaraq əlverişli proqnozlar verməyə imkan vermir.

 

Tövsiyə:

 

1. Yaxın bir neçə gün ərzində nazirliyin bütün məsul şəxslərinin iştirakı ilə keçid dövründən (2 il) sonra yeni əməkhaqqı qaydasının əməkhaqlarına mənfi və ya neytral təsir edəcək bütün müəllimlərlə görüş təşkil edilməlidir və yanaşma dəyişdirilməlidir;

 

2. Sinif rəhbərinin əlavəsi ən azı 3 dəfə artırılsın;

 

3. Təhsil şərtlərinə görə əlavə bakalavr, magistratura və doktorlar üçün minimum on dəfə, 200, 400, 1000 lariyə qədər artırılsın;

 

4. Staja əsasən əlavə minimum 10 dəfə, 150, 300, 450 lariyə qədər artırılsın;

 

5. Funksiyaya görə əlavələr minimum 250 və 500 lariyə qədər artırılsın. Məktəblər birləşdirildiyi halda əlavə bütün məktəblərə ayrı-ayrılıqda verilsin.

 

İndiyə qədər də demişəm, indi də deyirəm – aparıcı və mentor statusu bir qism müəllimlərin əldə etdiyi akademik dərəcədir, indi isə bu iqnor olundu! Əməkhaqqı formulunun hazırlanması prosesi niyə gizlin idi, həmin komissiyada bütün statuslar üzrə bir neçə pedaqoq da ola bilərdi. Bizi niyə fakt qarşısında qoydular? Nə çıxır? – Biz hüquqsuz cəmiyyətik? Nə zaman istəsələr artıracaqlar, nə zaman istəsələr azaldacaqlar?!

 

Biz bu islahatın nəticələrini tezliklə görəcəyik. Heç bir motivasiya, qeyri-formal təhsil yenidən öləcək, yalnız dərslər!

 

Bu 21-ci əsr məktəb modeli deyil!

 

Mənbə: EDU.ARİS.GE.

Yazının müəllifi: Mziya KAXADZE – Xulo bələdiyyəsinin Qurti ictimai məktəbinin kompüter texnologiyaları üzrə mentor müəllimi.

Gürcü dilindən tərcü etdi: Aynurə ƏLİYEVA