Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze Quriya regionunda yeni bərpa edilmiş məktəbləri nəzərdən keçirən zaman bildirib ki, bu il bütün məktəblərdə dərslər hər səhər Gürcüstan himni ilə başlayacaq.

 

Nazir ictimai məktəblərin müasir standartlarının infrastrukturu ilə tanış olub, müəllim və şagirdlərlə görüşüb.

 

“Biz qərar qəbul etdik və bu il bütün məktəblərdə dərslər hər səhər Gürcüstan himninin səsləndirilməsi ilə başlayacaq. Bu, bir növ, ölkəyə, dövlətə qarşı hörmətdir.

 

Hesab edirəm ki, bu təşəbbüs bizim gənclərdə vətənpərvərliyi və Vətənə sevgini oyadacaq”, – deyə Givi Mikanadze bildirib.

 

Mənbə: etaloni.ge