Milli Statistika Xidmətinin göstəricilərinə görə, 2025-2026-cı tədris ilinin başlanğıcında Gürcüstanda cəmi 2292 ictimai və özəl ümumtəhsil müəssisəsi fəaliyyət göstərib.

 

Məlumata əsasən, ən çox məktəb İmereti bölgəsindədir – 392.

 

Digər bölgələrin göstəriciləri isə bu cürdür:

 

• Şida Kartli (Eredvi, Tiğvi və Kurtinin göstəriciləri məlum deyil) – 170 məktəb;

 

• Kvemo Kartli – 264 məktəb;

 

• Samtsxe-Cavaxeti – 205 məktəb;

 

• Sameqrelo-Zemo Svaneti – 259 məktəb;

 

• Raça-Leçxumi və Kvemo-Svaneti – 69 məktəb;

 

• Mtsxeta-Mtianeti (Axalqorinin göstəriciləri məlum deyil) – 88 məktəb;

 

• Kaxeti – 191 məktəb;

 

• Quriya – 101 məktəb;

 

• Acara Muxtar Respublikası – 254 məktəb;

 

• Abxaziya Muxtar Respublikası – 15 məktəb.

 

Özünüidarəetmə şəhərlərinə dair göstəricilər isə bu cürdür:

 

• Tbilisi – 284 məktəb;

 

• Batumi – 45 məktəb;

 

• Kutaisi – 48 məktəb;

 

• Rustavi – 33 məktəb;

 

• Poti – 14 məktəb.

 

Özünüidarəetmə şəhərlərini çıxmaqla bələdiyyələr arasında məktəb sayına görə Marneuli liderlik edir. Burada 75 məktəb fəaliyyət göstərir. Sonra isə 71 və 65 məktəblə Qori və Axalkalaki bələdiyyələri gəlir.

 

Mənbə: edu.aris.ge