Son 10 ildə məktəblərdə müəllimlərin sayı 17 192 nəfər azalıb. Bildiyimiz kimi, müəllim peşəsində çox yeniliklər həyata keçirildi. İmtahanlar keçirilir və müəllimin fənn biliyi, bacarıqları yoxlanılır. İlk əvvəl imtahanı keçmək üçün hədd hamı üçün eyni – 60 % +1 bal idi. Ancaq kredit toplamağın tətbiq edilməsi müəllimlər üçün imtahanda qazanılmış müxtəlif nəticələrin də qəbul edilməsinə səbəb oldu.
Müəllim ixtisasını təsdiq edən imtahanlar ilk dəfə 2010-cu ildə keçirildi. Müəllimlərin bir qismi imtahanda iştirak etməkdən imtina edərək məktəbi tərk etdilər, birq qismi isə imtahandan kəsildikdən sonra müəllim peşəsindən imtina etdi.
Statistikaya görə, 2009-2010-cu tədris ilində məktəblərdə 79 891 müəllim işləyirdi. Buradan 68 587-si qadın, 11 304-ü isə kişi idi. Müəllimlər imtahanı başlayan kimi say ciddi şəkildə azaldı. 2010-2011-ci tədris ili başlayanda məktəblərdə 63 512 müəllim var idi. Yəni əvvəlki ilə nisbətən 16 379 qədər azdır. 16 000-dən çox müəllim peşəsindən uzaqlaşıb.
İlk əvvəl müəllim kompetensiyasını təsdiqləmək üçün imtahan testləri elə tərtib edilmişdir ki, müəllimin fənlə yanaşı metodik biliyi də yoxlanılırdı, yəni müəllimlər fənni tədris etmək bacarığına nə dərəcədə malikdirlər. Peşə qabiliyyəti imtahanı isə müəllimlərdən peşəkar və dərin bilik tələb edirdi. Testlər tanınmış psixoloqların nəzəriyyəsinə əsasən tərtib edilmişdi. Müəllimdən şagirdin yaşına əsasən inkişaf etməsi üçün lazımi bilik və yanaşmalara malik olduğunu təsdiqləməsi tələb olunurdu.
Zaman ərzində imtahan testləri dəyişdirildi və “Bu gün pedaqoqlar çox asan testlər verirlər. Bu nağıldır və bu testi yaxşı akademik iştirakı olan şagird də verə bilər” – 2014-cü ilə qədər fənn və peşə bacarıqları imtahanını vermiş müəllimlər testi belə qiymətləndirdilər.
2020-2021-ci tədris ilinin başlanğıcında ictimai və özəl məktəblərdə 62 699 müəllim işləyirdi. Bunlardan 54 685-i qadın, 8 014-ü isə kişidir. 62 699 nəfərdən 55 491-i ictimai, 7 208-i isə özəl məktəb müəllimidir.
2009-2010-cu tədris ilində imtahanlar tətbiq olunana qədər məktəblərdə 79 891 müəllim var idi. Bu gün həmin rəqəm 17 192 qədər azdır. Qeyd etmək lazımdır ki, 2019-2020-ci tədris ilində pul mükafatı əvəzində 8000-dən artıq müəllim məktəbdən getdi. Onları yeni kadrlar əvəz edib və pedaqoqların ümumi sayı mühüm dərəcədə azalıb. 2019-2020-ci ildə məktəbdə 63 780 müəllim işləyirdi, bu gün isə həmin rəqəm 62 699-dur.
Mənbə: etaloni.ge