Təhsil və Elm İnfrastrukturunun İnkişafı Agentliyinin direktoru Levan Suxitaşvili təhsil komitəsinin iclasında Təhsil və Elm İnfrastrukturunun İnkişafı Agentliyinin fəaliyyəti barədə danışaraq məktəblərdə çatışmazlıqların çox olduğunu qeyd edib.

 

Bildirilib ki, son bir il ərzində 40 ictimai məktəbdə tam bərpa işləri aparılıb.

 

“Təxminən 200-ə yaxın məktəbdə infrastruktur yaxşılaşdırılıb. İl ərzində 2 yeni məktəbin tikintisi tam başa çatıb. İlin sonunda isə 3 məktəbin tikintisinin başa çatdırılması planlaşdırılıb. Cari ilin dekabrına qədər həmin məktəblər mərhələli şəkildə açılacaq”, – deyə L.Suxitaşvili bildirib.

 

Onun sözlərinə görə, məktəblərin 50 faizində infrastrukturun vəziyyəti qənaətbəxşdir. Bu isə o deməkdir ki, 2080 ümumtəhsil müəssisəsindən 1040-ı standarta uyğun deyil.

 

“Gürcüstanda 2080 məktəb var, bu məktəblərin 50 %-nin infrastruktur vəziyyəti qənaətbəxşdir. Çox çatışmazlıqlarımız var, amma 2027-ci ildə bu istiqamətdə ölkədə problemin olmamasını planlaşdırırıq” – L.Suxitaşvili deyib.

 

Mənbə: etaloni.ge