Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz 2025-ci il ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlərin sayını açıqlayıb. Mərkəzin yaydığı məlumata əsasən, 31704 abituriyent tələbə adını qazanıb.
Bildirilib ki, 2025-ci ildə 11600-dən çox imtahan iştirakçısı dövlət tərəfindən maliyyələşdirilib. Dövlət qrantını 6500-dən çox abituriyent əldə edib. Onlardan 1000-dən çox abituriyent 100 %-lik dövlət qrantı, 1400-dən çox imtahan iştirakçısı 70 %-lik qrant, 4000-dən çox abituriyent isə 50 %-lik qrant qazanıb. Dövlət tərəfindən maliyyələşdirilən ali təhsil proqramlarına 5000-ə yaxın imtahan iştirakçısı qəbul olunub. Gürcü dili hazırlıq proqramlarında isə 1700-dən çox abituriyent təhsilini davam etdirəcək. Onlardan 700-dən çoxu dövlət tərəfindən maliyyələşdirilib.
2025-ci ildə Gürcüstan üzrə ümumilikdə 24 imtahan mərkəzi fəaliyyət göstərib. İmtahanlarda iştirak üçün 80000-dən çox namizəd qeydiyyatdan keçib, onlardan 39000-dən çoxu vahid milli imtahanlarda iştirak edən abituriyentlər olub. Tələbələr üçün qrant müsabiqəsində iştirak etmək istəyənlərin sayı 2400-dən çox təşkil edib. Ümumi magistratura imtahanı üçün 10000-dən çox namizəd qeydiyyatdan keçib. Müəllimlər və müəllim olmaq istəyənlər üçün imtahanlara isə 24300-dən çox namizəd qeydiyyat olunub.
Mənbə: edu.aris.ge