Gürcüstanın Xalq Müdafiəçisi Təhsil, Elm və Gənclər Nazirliyindən qeyri-gürcüdilli məktəb və sektorların müəllimlərinə təcrübəçi müəllim statusunu dəyişdirmək üçün şəraitin yaradılmasını və yüzlərlə müəllimə qarşı ayrı-seçkliyin aradan qaldırılmasını tələb edir.
Yanvarın 22-də Xalq Müdafiəçisi tərəfindən yayımlanmış Giorgi Amilaxvarinin qurumuna göndərilmiş təklifdə qeyd olunduğuna görə, təhsil sistemində aparılan islahatlar etnik azlıqlar qarşısında duran problemlərə kifayət qədər cavab vermir. Bunun nəticəsində də qeyri-gürcüdilli məktəb və sektorlar yenidən bir sıra problem və davamlı çatışmazlıqlar qarşısında qalırlar.
“Təcrübəçi müəllimlər tərəfindən “müəllimin peşə və karyera inkişafı sxemi” çərçivəsində baş, aparıcı və mentor müəllim statusunu qazanmaq çətinliyi aktual olaraq müəyyən olunur. Bu kompleks xarakter daşıyır və bir çox səbəblərlə əlaqədardır: dövlət dilini aşağı səviyyədə bilmək, yaşlı nəsil tərəfindən dilin öyrənilməsinin çətinliyi və onların fərdi ehtiyaclarına uyğun metodların, həvəsləndirici aktivliklərin çatışmazlığı, yaşlı nəslin nümayəndələrində gürcü dilini öyrənmək motivasiyasının az olması, dövlət dilini öyrədən proqramların yetərsiz coğrafi arealı və s.
Bundan əlavə, diqqətə çatdırılmalıdır ki, qeyri-gürcüdilli məktəb və sektorların müəllimlərinin peşə kompetensiyalarını təsdiqləmək və karyerada inkişaf şəraiti gec yaradılıb. Bu, onları gürcüdilli məktəb müəllimləri ilə müqayisədə qeyri-bərabər şəraitə salıb”, – deyə Xalq Müdafiəçisi Təhsil, Elm və Gənclər Nazirliyinə müraciət edib.
Xalq Müdafiəçisi Aparatının məlumatına görə, Ombudsman qeyri-gürcüdilli məktəb və sektorların müəllimlərinin karyerada inkişafı istiqamətində aydınlaşan problemlərin qarşısının alınması və ayrı-sekçliyin aradan qaldırılması məqsədi ilə ümumi təkliflə Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinə 2024-cü ilin 17 yanvarında müraciət edib.
Məktubdan aydın olur ki, Xalq Müdafiəçisi Aparatına qeyri-gürcüdilli məktəb və sektorların 461 müəllimi müraciət edib. Onlar qeyd ediblər ki, təhsil sistemində aparılan islahatlar etnik azlıqlar qarşısında duran bir sıra davamlı probemlərə cavab vermir. Xüsusilə də təcrübəçi müəllimlərin baş, aparıcı və mentor müəllim statusu qazanması çətinliyi aktualdır. Bu onların təcrübəçi müəllim kateqoriyasından çıxarılmasına və müəllim statusunun əllərindən alınmasına səbəb olacaq.
Xalq Müdafiəçisi hesab edir ki, etnik azlıqların təhsil siyasətinin vahidliyi və ardıcıllığı məqsədi ilə dövlətin bu istiqamətdə mərhələli hərəkət etməsi mütləqdir.
Ümumi təklifdə Xalq Müdafiəçisi Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyini aşağıdakılara çağırır:
• Spesifik ehtiyacların müəyyən edilməsi məqsədi ilə və onlara cavab olaraq peşə inkişafı sxemi müzakirə olunsun və müvafiq qurumlarla əməkdaşlıqla vaxtında, effektiv olaraq qeyri-gürcüdilli məktəb və sektorların müəllimləri üçün statuslarını dəyişmək şəraitini təmin edəcək aktivliklər planlaşdırılsın.
• Dövət dilinin tədrisi proqramının populyarlaşdırılması məqsədi ilə etnik azlıqların sıx məskunlaşdığı bütün ərazi vahidlərində proqramın həyata keçirilmə coğrafi arealını genişləndirsin və etnik azlıq nümayəndəsi olan yaşlı nəslin ehtiyaclarına uyğun təhsil komponentləri tətbiq etsin.
Mənbə: edu.aris.ge