Gürcüstanın ictimai məktəblərində tədrisin başlaması və bitməsi tarixlərini “Ümumtəhsil haqqında qanun” tənzimləyir.

 

Rəsmi sənədə görə, “Gürcüstanın bütün ictimai məktəblərində tədris ilinin başlaması 15 sentyabr, sonu isə 15 iyun müəyyən edilib”.

 

Bu il 15 sentyabr cümə gününə təsadüf edir. Buradan irəli gələrək, ictimaiyyətdə gözlənti yarandı ki, yeni tədris ili, ola bilsin, 15 sentyabrda deyil, 18 sentyabrda – bazar ertəsi başlasın.

 

Yeni tədris ili nə zaman başlayır – 15 sentyabrda, yoxsa 18 sentyabrda?

 

Məsələnin aktuallığından irəli gələrək, Təhsil və Elm Nazirliyindən tədrisin 18 sentyabrda başlaması ilə bağlı məlumatın həqiqət olub-olmadığını aydınlaşdırmağa qərar verdik.

 

Rəsmi qurumdan bildirdilər ki, tədris ili 15 sentyabrda başlayacaq. Tədris ilinin başlaması ilə əlaqədar tarixin dəyişdirilməsinə yalnız sentyabrın 15-nin istirahət və ya bayram günlərinə təsadüf etməsi halında yol verilir. Belə hallarda tədris ili sentyabrın 15-dən sonrakı ilk iş günü başlayır.

 

Mənbə: etaloni.ge