Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin rəhbəri Sopio Qorqodze müəllimləri, müəllim olmaq istəyənləri və xüsusi müəllimləri 2022-ci ilin imtahan qrafiki ilə tanış edib:
• Milli imtahanlar 4 iyulda başlayacaq və 22 iyulda bitəcək;
• Müəllimlər üçün imtahanlar iyulun 6-dan 25-nə kimi keçiriləcək;
• Magistratura imtahanları iyulun 26-dan 27-nə kimi;
• Tələbələr üçün qrant imtahanları isə 6 iyulda keçiriləcək.
Fənn, peşə qabiliyyəti və xüsusi baş müəllimlər üçün imtahanların qrafiki aşağıdakı kimidir:
6 iyul (ikinci sessiya):
– Xüsusi baş müəllimlər üçün imtahan.
7 iyul (birinci sessiya):
– Gürcü dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-IV);
– Təbiətşünaslıq (başlanğıc pillə (I-IV));
– Gürcü dili və ədəbiyyatı (başlanğıc pillə (I-IV)).
7 iyul (ikinci sessiya):
– Riyaziyyat (başlanğıc pillə (I-IV));
– Musiqi;
– Vətəndaş təhsili (baza və ya orta pillə).
14 və 15 iyul (birinci sessiya):
– Aparıcı və mentor müəllim olmaq istəyənlər üçün peşə qabiliyyəti imtahanı.
14 iyul (ikinci sessiya):
– Biologiya (baza və ya orta pillə).
15 iyul (ikinci sessiya):
– Coğrafiya (baza və ya orta pillə);
– Azərbaycan dili.
19 iyul (ikinci sessiya):
– Kimya (baza və ya orta pillə).
20 iyul (birinci sessiya):
– Gürcü dili və ədəbiyyatı (baza və ya orta pillə);
– Riyaziyyat (baza və ya orta pillə);
– Erməni dili.
21 iyul (birinci sessiya):
– Tarix (baza və ya orta pillə);
– Tətbiqi və təsviri incəsənət;
– İdman;
– Fizika (baza və ya orta pillə).
22 iyul (birinci sessiya):
– İngilis dili (başlanğıc, baza və ya orta pillə) – yazı hissəsi;
– Alman dili (başlanğıc, baza və ya orta pillə) – yazı hissəsi;
– Fransız dili (başlanğıc, baza və ya orta pillə) – yazı hissəsi;
– Rus dili (başlanğıc, baza və ya orta pillə) – yazı hissəsi;
– Gürcü dili ikinci dil kimi (başlanğıc, baza və ya orta pillə) – yazı hissəsi;
– İnformasiya və kommunikasiya texnologiyaları – yazı hissəsi.
24 iyul:
– İnformasiya və kommunikasiya texnologiyaları – praktik hissə;
25 iyul:
– İngilis dili (başlanğıc, baza və ya orta pillə) – praktik hissə;
– Alman dili (başlanğıc, baza və ya orta pillə) – praktik hissə;
– Fransız dili (başlanğıc, baza və ya orta pillə) – praktik hissə;
– Rus dili (başlanğıc, baza və ya orta pillə) – praktik hissə;
– Gürcü dili ikinci dil kimi (başlanğıc, baza və ya orta pillə) – praktik hissə;
– İnformasiya və kommunikasiya texnologiyaları – praktik hissə.
Mənbə: etaloni.ge