Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz 2025-ci ilin vahid milli imtahanlarının iştirakçılarının apellyasiya nəticələrini dərc etməklə yanaşı, abituriyentlər tərəfindən şikayət edilən işlərin statistikasını da açıqlayıb. Statistikadan məlum olur ki, bu il ən çox gürcü dili və ədəbiyyatı imtahanının nəticələri şikayət olunub.

 

Mərkəzin məlumatına görə, cəmi 1005 nəticədə qiymətləndirmə dəyişdirilib. Bu, ümumi sayın yalnız 0.89 %-i deməkdir.

 

2025-ci ildə 113326 işdən 3274-ü şikayət edilib ki, bu da abituriyentlərin işlərinin ümumi sayının cəmi 2,89 %-ni təşkil edir. Bu il ən çox gürcü dili və ədəbiyyatı imtahanının nəticələri şikayət olunub. Fransız dili üzrə imtahanın nəticələrinə isə heç kim etiraz ərizəsi təqdim etməyib.

 

Fənlərə görə şikayət olunan imtahan nəticələrinin sayı aşağıdakı kimidir:

 

• Gürcü dili və ədəbiyyatı – 1297 şikayət;

• Ümumi qabiliyyət (erməni dilində) – 29;

• Ümumi qabiliyyət (Azərbaycan dilində) – 16;

• İngilis dili – 656;

• Rus dili – 10;

• Alman dili – 6;

• Fransız dili – 0;

• Riyaziyyat – 416;

• Tarix – 250;

• Coğrafiya – 43;

• Biologiya – 241;

• Kimya – 64;

• Fizika – 14;

• Ədəbiyyat – 38;

• Tətbiqi və təsviri incəsənət – 13;

• Vətəndaş təhsili – 181.

 

Mənbə: edu.aris.ge