Gənc müəllimlərin sistemə daxil olması məhdudlaşdırılıb. Bu barədə Milli Təhsil Araşdırmaları Mərkəzi tərəfindən Müəllimin Peşə İnkişafı və Karyerada İrəliləmə Sxeminin qiymətləndirilməsi sənədində oxuyuruq.

 

Araşdırmada qeyd olunub ki, direktorlar təcrübəli kadrlara üstünlük verirlər, mövcud reallığa görə məktəbdə işləyən 30 yaşa qədər pedaqoqların sayı yalnız 4 %-dir. Buna baxmayaraq ki, 2 il ərzində ümumtəhsil müəssisəsini 8 mindən artıq müəllim tərk edib, sistemdə yalnız 3672 yeni kadr işlə təmin olunubdur.

 

Daha ətraflı sənəddə oxuyuruq: 30 yaşa qədər müəllimlər 4 % təşkil edir. OECD-nin üzv ölkələrində 30 yaşa qədər müəllimlər ibtidai pillədə 13 %, baza və orta pillədə 9 %-dir. Gürcüstanda son 7 il ərzində sistemə yalnız 2000-ə yaxın gənc müəllim daxil olub. Onlardan 1774-dü sxemə qoşulmuş müəllimlərdir, 217-si isə “axtaran” statusu ilə məktəbə daxil olub.

 

Müəllimin əmək bazarının dolğunluğuna reaksiya göstərmək baxımından bizim respondentlər Müəllimin Peşə İnkişafı üzrə Mərkəz tərəfindən 2019-2021-ci illərdə həyata keçirilmiş müəllim mükafatı proqramını qeyd ediblər. Bu proqram çərçivəsində iki il ərzində 8292 müəllim sistemi tərk edib. Bizim respondentlərin müşahidəsinə görə, proqram sayəsində çox sayda gənc müəllim sistemə daxil ola bilib.

 

Qeyd edək ki, həmin dövrdə sistemə daxil olmuş 3672 müəllimdən (yəni ilk dəfə dərs keçmiş müəllim) yalnız 1602 nəfəri gənc (30 yaş və yuxarı) olub. Məktəblərdə gənc müəllimlərin sayı 2019-cu ildən dramatik şəkildə artıb.

 

Daha bir qeyd edilməli fakt budur ki, bu iki il ərzində 8292 müəllim tərəfindən sistemin tərk edilməsi şəraitində ümumilikdə məktəbdə 3672-dən az vakansiya yaranıb. Belə reaksiyanın iki mümkün izahı var:

 

1. Məktəblər müəllimləri əvəz etməyə ehtiyac duymurlar. Çünki başqa, natamam qrafikdə işləyən müəllimərə saatları bölürlər. Bu ehtimalı bizim təhsil və tədrisin beynəlxalq araşdırmasından yuxarıda qeyd etdiyimiz indikator yaradır: 2018-ci ildə müəllimlərin, demək olar, yarısı natamam qrafikdə işləyirdi və bu onların böyük əksəriyyəti üçün saat çatışmazlığından yaranıb.

 

2. Məktəb başqa məktəbin müəllimini işlə təmin edib. Bir müəllimin müxtəlif məktəblərdə işləməsi geniş yayılıb. Gürcüstanda 6036 müəllim (11 %) 2 məktəbdə, 579 müəllim 3 və daha çox məktəbdə dərs keçir.

 

Məktəb ictimaiyyətində gənc müəllimlərin qəbulu ilə əlaqədar qeyri-bərabər yanaşmalarla qarşılaşırıq. Bəzisi üçün gənc müəllimi qəbul etmək birmənalı müsbət qəbul olunur. Amma məsələ vakant yerə namizəd seçməklə bağlıdırsa, direktorların bir hissəsi təcrübəli müəllimlərə üstünlük verirlər.

 

Mənbə: etaloni.ge