Hökumətin sərəncamı ilə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinə qurumun ştat siyahısını, əmkhaqlarını və əməkhaqqı fondunu müəyyən etmək üçün razılıq verilib. Baş nazir İrakli Kobaxidzenin imzaladığı sənəd 2026-cı ilin 1 yanvarından qüvvədədir.
Sənədə əsasən, təhsil nazirinin aylıq əməkhaqqı 13600 lari, birinci müavininin əməkhaqqı 12000 lari olub. Müavinlərin əməkhaqqı isə 11600 lari müəyyən edilib. Qeyd edək ki, təhsil nazirinin üç müavini var və onlar ümumilikdə ayda 34800 lari alacaqlar.
Həmçinin nazir köməkçisi 4480, birini müavinin köməkçisi 4480, müavinlərin köməkçiləri isə 4000 lari əməkhaqqı alacaqlar.
Qurumun digəl işçilərinə gəldikdə isə, ilkin struktur vahidi rəhbərinin əməkhaqqı 9600 lari, onun müavininin əməkhaqqı isə 7200 lari olacaq. İkinci struktur vahidi rəhbəri ayda 5600 lari əməkhaqqı alacaq.
Sənədə görə, birinci kateqoriya baş mütəxəssisin əməkhaqqı 3680 lari, ikinci kateqoriya baş mütəxəssisin əməkhaqqı 3200 lari, üçüncü kateqoriya baş mütəxəssisin əməkhaqqı 2880 lari, birinci kateqoriya köməkçi mütəxəssisin əməkhaqqı isə 2400 lari müəyyən edilib.
Ümumilikdə, hökumətin sərəncamı Təhsil Nazirliyində işləyən 180 nəfəri əhatə edir. Onların aylıq əməkhaqqı 10 milyon 500 min lari müəyyən edilib.
Mənbə: etaloni.ge