Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz 2024-cü ilin vahid milli imtahanlarında tələbə adını qazanan abituriyentlərin fənlər üzrə statistikasını yayımlayıb.

 

Statistikaya əsasən, cari ilin vahid milli imtahanları nəticəsində 32000-dən çox abituriyent tələbə olub.

 

Məlumatda bildirilir ki, 11600-dən çox tələbənin təhsil haqqı maliyyələşdiriləcək. 6500-dən çox abituriyent dövlət qrantı əldə edib ki, buradan 1000-dən çoxu 100 %-lik , 1400-dən çoxu 70 %-lik, 4000-dən çoxu isə 50 %-lik dövlət qrantı qazanıb. Dövlət tərəfindən maliyyələşdirilən ali təhsil proqramlarına 5000-dən çox abituriyent qəbul olub. Gürcü dili üzrə hazırlıq proqramlarında 1600-ə yaxın tələbə təhsilini davam etdirəcək.

 

Xatırladaq ki, 2024-cü ilin vahid milli imtahanlarına 47000-dən çox abituriyent qeydiyyatdan keçmişdi.

 

Mənbə: edu.aris.ge