Məktəblər kütləvi şəkildə vakansiya elan ediblər. Məlumdur ki, iş müsahibəsi zamanı nazirliyin, resurs mərkəzin və Müəllimlər Evinin nümayəndələri iştirak edirlər və təbii ki, bu zaman komissiyanın gələcək müəllimə hansı sualla müraciət edəcəyi maraqlıdır.
Sinfin idarə edilməsi, inklüzivlik, inteqrasiya edilmiş dərs, yeni tədris planı, biliyin üç növü, kompleks tapşırıqlar, metodlar, strategiyalar... – ümumtəhsil müəssisəsinin əməkdaşı bunları mütləq bilməlidir.
“Etaloni.ge” iş müsahibəsi zamanı ən çox verilən sualları təqdim edir:
Özünüz haqda danışın.
– Əlbəttə, ilk növbədə özünüzü təqdim etməlisiniz. Müsabiqə komissiyasına özünüzü tanıtmaq və özünüz haqda danışmaq şəraiti yaradılanda ölçülərə riayət edin. Artıq danışmaq lazım deyil. Demək istədiklərinizi lazımsız məlumatla uzatmayın.
Məktəbdə işləmək təcrübəniz varmı?
– Əgər müəllim olaraq işləmisinizsə bunu mütləq bildirin. İşləməyibsinizsə və bu peşə üzrə ilk addımları indi atmağa çalışırsınızsa öz arzularınızdan, məqsədlərinizdən danışın. Ancaq burada da ölçüyə riayət edin.
Niyə məktəbdə işləmək istəyirsiniz?
– Uşaqlıqdan müəllim olmağı arzulamağınız haqqında sözlər bu suala cavab olaraq lazım gəlməyəcək. Motivasiyanızın real səbəbi nədir, konkret olaraq onu açıqlayın. Özünüzü müəllim kimi necə təsəvvür edirsiniz? Niyə bu statusa layiqsiniz və sizin işlə təmin edilməyiniz məktəbə və şagirdlərə hansı faydanı verəcək?
Milli tədris planı və standart nə deməkdir?
– Bu suallar sizdən peşəkar bilik tələb edir. Milli tədris planı Gürcüstanın ümumtəhsil sisteminin hansı nəsillərin yetişdirilməsinə dəstək olacağını müəyyən edir. Milli tədris planı bütün mühüm hadisələri və ümumtəhsil müəssisələrində qərar qəbul edilməsini tənzimləyir.
Standart isə fənlərə uyğun olaraq şagirdin konkret fənn üzrə nəyi öyrənməli olduğunu, hansı biliyi əldə etməli olduğunu, müəllimin ilin sonunda hansı nəticəni əldə etməli olduğunu və bu kimi məsələləri müəyyən edir. Müsahibə mərhələsinə qədər sizə məsləhət görərdik ki, tədris edəcəyiniz fənnin standartını oxuyasınız və üçüncü nəsil milli tədris planı ilə tanış olasınız.
Yeni məktəb modeli haqda nə eşitmisiniz? Kompleks tapşırıqlar nə deməkdir və sizcə niyə mühümdür?
– Müsahibə götürən şəxs qeyd olunan suallarla istəyir ki, yeni təhsil yanaşmaları, konkret olaraq üçüncü nəsil milli tədris planı barədə nə bildiyinizi öyrənsin. Kompleks tapşırıqların məzmunu və məqsədini necə başa düşürsünüz. Bu barədə bizim veb-səhifədə məlumatla tanış ola bilərsiniz (etaloni.ge).