Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz fənlərə əsasən 2025-ci ilin vahid milli imtahanlarının statistik analizini yayımlayıb.

 

Rəsmi göstəricilərə görə, 17 imtahan fənnindən 7 fənn üzrə heç bir abituriyent yüksək bal toplama bilməyib.

 

Ümumi qabiliyyət (erməni dilində):

Testin maksimum balı 80 – imtahanda toplanan ən yüksək bal 71. Qeyd olunan balı yalnız 1 abituriyent toplayıb.

 

Ümumi qabiliyyət (Azərbaycan dilində):

Testin maksimum balı 80 – imtahanda toplanan ən yüksək bal 74. Qeyd olunan balı 1 abituriyent toplayıb.

 

Coğrafiya:

Testin maksimum balı 59 – imtahanda toplanan maksimum bal 56. Qeyd olunan balı 1 abituriyent toplayıb.

 

Ədəbiyyat:

Testin maksimum balı 70 – imtahanda toplanan maksimum bal 65. Qeyd olunan balı 1 abituriyent toplayıb.

 

Təsviri və tətbiqi incəsənət:

Testin maksimum balı 70 – imtahanda toplanan maksimum bal 65. Qeyd olunan balı 1 abituriyent toplayıb.

 

Vətəndaş təhsili:

Testin maksimum balı 60 – imtahanda toplanan maksimum bal 58. Qeyd olunan balı 3 abituriyent toplayıb.

 

Osetin dili:

Testin maksimum balı 60 – imtahanda toplanan maksimum bal 48. Qeyd olunan balı 2 abituriyent toplayıb.

 

Mənbə: edu.aris.ge