Gürcüstan Təhsil, Elm və Gənclər Nazirliyinin məlumatına əsasən, müəllimlərin peşə inkişafı və karyerada irəliləmə sxemində dəyişikliklər həyata keçirilib.
Pedaqoqların yeni əməkhaqqı sisteminin tətbiq edilməsindən sonra müəllimlərin peşə inkişafı və karyerada irəliləmə sxeminin təkmilləşdirilməsi istiqamətində fəal işlərə başlanılır. Bu məqsədlə Gürcüstanın təhsil, elm və gənclər naziri tərəfindən xüsusi inklüziv komissiya yaradılıb. Komissiya cari ilin sonuna qədər müəllimlərin peşə inkişafı və karyerada irəliləmə sxeminin təkmilləşdirilmiş modelini təqdim edəcək. Yenilənmiş sxem beynəlxalq tövsiyələrə, milli təcrübənin analizinə, araşdırmalara əsaslanır.
Yuxarıda qeyd olunanlardan irəli gələrək, mövcud sxemdə sonrakı dəyişikliklər həyata keçirilib:
• 2025-ci ilin 1 yanvarına qədər sxemin aparıcı, mentor və xüsusi müəllim statuslarının verilməsi yollarının tənzimləndiyi maddələrin qüvvədə olması dayandırılıb.
• Məktəbin bazasında müəllimin peşə inkişafı sisteminin tətbiq edilməsi və müəllimlərin maraqlarına uyğunlaşdırılmış xidmətlərin təklif edilməsi məqsədi ilə sxemdə müəllimin/xüsusi müəllimin məcburi təlimlər keçməsini müəyyən edən maddə dayandırılıb.
• Ümumi qabiliyyət imtahanını vermiş və portfolio təqdim etməyən, yaxud portfoliosunda səhv olan müəllimə 2024-2025-ci tədris ili başlayana qədər portfolionun qorunma imkanı veriləcək.
Müəllimlərin peşə inkişafı və karyerada irəliləmə sxeminin yeni modeli müəllimin maraqlarına uyğun sistemin yaradılması və məktəb cəmiyyətinin maksimum iştirakına istiqamətlənəcək.
Müəllimin peşə inkişafı və karyerada irəliləmə sxeminin yeni modeli üzərində işləmək qərarı beynəlxalq təcrübənin analiz edilməsinə, Milli Təhsil Araşdırmaları Mərkəzi tərəfindən aparılan araşdırmalara və məktəb cəmiyyəti tərəfindən qəbul edilən rəyə əsaslanır. Həmin araşdırmalar nəticəsində sxemin yenidən baxışa və inkişafa ehtiyacı olduğu aydın olub.
Mənbə: etaloni.ge