Müəllimlərin peşəkar inkişafının yeni sxeminə əsasən, baş, aparıcı və mentor müəllimlərin peşəkar inkişafı istiqamətində məcburi təlimlərin keçilməsi müəyyən edilib:
• Baş müəllim minimum 20 saat təlim keçəcək;
• Aparıcı müəllim minimum 12 saat təlim keçəcək;
• Mentor müəllim minimum 6 saat təlim keçəcək.
Bəs müəllimlər üçün təlimlər ödənişlimi olacaq? Məcburi təlimlərdə iştirak etməyən müəllimləri nə gözləyir? Bu məsələ ilə bağlı Pedaqoqlar və Alimlər Azad Həmkarlar İttifaqının rəhbəri Maia Kobaxidze danışıb:
- Məcburi təlimlər nə zaman başlayır, ödənişlidirmi və hansı günlərdə keçiriləcək? Qeyd olunan təlimlərin pedaqoqlar üçün şənbə-bazar günü keçirilməsi mümkündürmü?
- Hələlik detallar haqda danışa bilmirəm, bu yenidən baxış keçirilməli mövzulardır. Yalnız onu qeyd edə bilərəm ki, dərs prosesinə mane olunmamalıdır və bu, qanunla tənzimlənib. Bundan irəli gələrək heç bir treninq iş saatlarında təyin olunmayacaq.
2010-cu ildən, pedaqoqların sertifikatlaşdırılması başlayan zaman bizim təşkilatın tələbi o idi ki, pedaqoqların ixtisas artırmasını dövlət təmin etməlidir. Müvafiq olaraq pulsuz treninqlərlə təmin olunma dövlətin öhdəliyidir. Bundan irəli gələrək dövlət məcburi treninq keçməyi tələb edirsə biz bu halda pedaqoqun pul ödəməsinə qəti qarşıyıq. Dövlət məcburi keçilməli olan treninqlər təşkil edirsə, bunların hamısını özü təmin etməlidir.
- Özəl məktəb müəllimləri üçün bu təlimlər pulludurmu?
- Bu halda məsələ peşəkar inkişafa və ixtisas artırmaya aiddirsə özəl məktəb özü pedaqoqların hazırlanması məsələsini təmin etməlidir. Gürcüstan məktəblərinin belə imkanı yoxdur və bu sistemin əsası qoyulmalıdır ki, məktəb özü müəllimin hazırlanmasını həyata keçirsin. Mən çox sayda özəl məktəb bilirəm ki, dövlət tərəfindən verilmiş vauçer uşağın təhsilinə deyil, kommunal vergiyə, icarəyə, məktəbin maddi-texniki baza ilə təchiz edilməsinə istifadə olunur. Bundan irəli gələrək özəl məktəb pedaqoqun hazırlanmasını təmin etməlidir. İctimai məktəb isə əgər dövlət pedaqoq üçün məcburi təlim təşkil edirsə bunların hamısını özü həyata keçirməlidir.
- Müəllimlər təlimlərdə iştirak etməsələr nə baş verir?
- Bu halda direktorun hüququ var ki, pedaqoqla aşağı statuslu müqavilə bağlasın.
Belə bir qeyd var idi ki, ictimai məktəb direktorunun müəllimlə aşağı statuslu müqavilə bağlamaq hüququ var və biz buna etiraz etdik. Müəllimlər Evi, onun rəhbərliyi bizi dəstəklədi. Sonra nazirliyə öz baxışlarımızı təqdim etdik və həmin normaya əlavə olundu – “direktorun yazılı təsdiqi əsasında” – bu bizim üçün prinsipial şəkildə vacib idi, çünki belə halda direktorun qərarı daha obyektiv olacaq. Direktorun yazılı təsdiqi əsasında daha çox berketimiz olacaq ki, etiraz edək və direktorun sübutundan irəli gələrək hətta məhkəməyə müraciət edə bilək. Çünki belə bir vəziyyətdə müəllim status əlavəsindən zərər görür, təlimlərdə iştirak etməsə də statusu əlindən alınmayacaq, amma ola bilsin, məsələn, peşəkar standartları qane etməzsə mentor müəllimlə baş müəllim müqaviləsi bağlansın.
Mənbə: etaloni.ge
Gürcü dilindən tərcümə: Aynurə Əliyeva