2021-ci ilin Vahid Milli İmtahanları 1 iyul tarixində gürcü dili və ədəbiyyatı imtahanı ilə başlayacaq və 20 iyul tarixində ümumi qabiliyyət imtahanı ilə bitəcək.
Milli Qiymətləndirmə və İmtahanlar Mərkəzinin yayımladığı məlumata əsasən, imtahanlar aşağıdakı cədvəl üzrə keçiriləcək:
1 iyul, 2 iyul, 5 iyul (birinci və ikinci sessiyalar) – gürcü dili və ədəbiyyatı;
1 iyul – (birinci sessiya) – osetin dili;
1 iyul (birinci sessiya) – abxaz dili;
6 iyul (birinci sessiya) – rus dili;
6 iyul (birinci və ikinci sessiyalar) – ingilis dili;
6 iyul (ikinci sessiya) – fransız dili;
7 iyul (birinci sessiya) – rus dili;
7 iyul (birinci və ikinci sessiyalar) – ingilis dili;
8 iyul (birinci sessiya) – alman dili;
8 iyul (birinci və ikinci sessiyalar) – ingilis dili;
9 iyul (birinci və ikinci sessiyalar) – riyaziyyat;
12-13 iyul (birinci və ikinci sessiyalar) – tarix;
14 iyul (ikinci sessiya) – biologiya;
15 iyul (ikinci sessiya) – təsviri və tətbiqi incəsənət;
15 iyul (ikinci sessiya) – kimya;
16 iyul (ikinci sessiya) – coğrafiya;
19 iyul (birinci və ikinci sessiyalar) – ümumi qabiliyyət;
20 iyul (birinci sessiya) – fizika;
20 iyul (birinci sessiya) – ədəbiyyat;
20 iyul (ikinci sessiya) – ümumi qabiliyyət;
28 iyul (ikinci sessiya) – tələbələrin qrant müsabiqəsi.
2021-ci ilin ümumi magistr imtahanının cədvəli isə belədir:
27 iyul (birinci sessiya) – mətni dərk etmək, analitik yazı;
28 iyul (birinci sessiya) – məntiqi mülahizə, kəmiyyət əsaslandırması;
29 iyul (birinci və ikinci sessiyalar) – mətni dərk etmək, analitik yazı;
30 iyul (birinci və ikinci sessiyalar) – məntiqi mülahizə, kəmiyyət əsaslandırması.
Mənbə: etaloni.ge