Son dövrdə məktəbli formasının tətbiq edilib-edilməməsi məsələsi aktuallaşıb. Müəyyən məktəblər artıq ictimai şəkildə yeni tədris ilindən ümumtəhsil müəssisələrində bir növ “dres-kod”un qəbul edilməsini anons edirlər. Ancaq maraqlıdır ki, məktəbin bu istiqamətdə hansı hüququ var?

 

Məsələni ümumtəhsil haqqında qanun tənzimləyir. Qanunda oxuyuruq ki, məktəbin yalnız şagirdlərə deyil, müəllimlərə də uniforma tətbiq etmək hüququ var. Ancaq onların da öz növbələrində təsdiqləmə əsasında forma geyinməkdən imtina etmək hüquqları vardır.

 

Bundan əlavə, qanunla nəzərdə tutulub ki, əgər şagirdin uniforma almaq üçün maddi resursu yoxdursa, onu məktəb təmin etməlidir.

 

“Məktəbin məktəb uniforması tətbiq etmək hüququ var. Ancaq bunu şagird və müəllimin ifadə azadlığını məhdudlaşdırmadan etməlidir. Şagird və müəllimin məktəb uniformasından imtina etmək hüququ var.

 

Məktəb uniforması tətbiq olunan zaman məktəb şagirdin maddi imkanını nəzərə almalıdır. Əgər şagird formanı ala bilmirsə, məktəb onu forma ilə təmin etməlidir” – “Ümumtəhsil haqqında” qanunda yazılıb.

 

Mənbə: etaloni.ge