2025-ci ilin vahid milli imtahanları iyulun 3-də başlayır. Abituriyentlər ilk imtahanı gürcü dili və ədəbiyyatından verəcəklər. 22 iyulda vahid milli imtahanlar tətbiqi və təsviri incəsənət imtahanı ilə başa çatacaq. 10 iyulda tələbələrin qrant müsabiqəsi keçiriləcək. Magistraturaya namizədlər isə ümumi magistr imtahanını 21 və 22 iyulda verəcəklər.

 

İmtahan vaxtı və imtahan mərkəzinin ünvanı haqqında məlumat imtahan kartında qeyd olunacaq. İmtahanda iştirak edəcək şəxslər 20 iyundan etibarən öz qeydiyyat səhifələrindən imtahan kartlarını çap edə biləcəklər. 

 

2025-ci ildə əvvəlki illərdə olduğu kimi, imtahan keçiriləcək mərkəzlər Tbilisi, Batumi, Zuqdidi, Kutaisi, Poti, Axaltsixe, Qori, Ozurgeti, Rustavi, Telavi, Xulo və Ambrolauridə olacaq.

 

Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz tezliklə imtahan mərkəzlərini lazımi inventarla təmin edəcəklərini bildirib.

 

Xatırladaq ki, 2025-ci il üzrə imtahanlarda iştirak etmək üçün təxminən 80 min nəfər qeydiyyatdan keçib.

 

Mənbə: etaloni.ge