Təhsilin Keyfiyyətinin İnkişafı Mərkəzinin məlumatına görə, 2025-ci ildə 117 məktəb avtorizasiyadan keçib. Həmçinin 102 ictimai, 1 özəl müəssisə erkən və ya məktəbəqədər müəssisə statusu əldə edib.

 

Ümumi təhsilin keyfiyyətinin təmin edilməsi üçün ötən il aşağıdakı tədbirlər həyata keçirilib:

 

•2025-ci ildə 109 ictimai və 8 özəl ümumtəhsil müəssisəsi avtorizasiyadan keçib. Ümumilikdə 574 ictimai və 206 özəl ümumtəhsil müəssisəsi avtorizasiya əldə edib.

 

•Özünüqiymətləndirmə və avtorizasiya üçün müraciətin hazırlanması ilə əlaqədar ictimai ümumtəhsil müəssisələrinə dəstək tədbirləri keçirilib.

 

•Avtorizasiyadan keçmiş özəl və ictimai məktəblərin imkanlarının gücləndirilməsi məqsədilə daxili keyfiyyətin təmin edilməsi istiqamətində təlimlər/dəstək tədbirləri keçirilib.

 

•Ümumtəhsil müəssisələrinin avtorizasiya üzrə ekspertlərinin və avtorizasiya şurası üzvlərinin imkanlarının gücləndirilməsi tədbirləri həyata keçirilib.

 

•Ümumtəhsil müəssisələrinin avtorizasiya standartlarının bələdçisi hazırlanıb.

 

Erkən və məktəbəqədər tədris və təhsilin keyfiyyətinin təmin edilməsi üçün ötən il aşağıdakı tədbirlər həyata keçirilib:

 

•İlk dəfə 2025-ci ildə erkən və ya məktəbəqədər təhsil müəssisəsi statusu əldə etmək istəyən 121 müəssisə mərkəzə avtorizasiya üçün müraciət edib. Bu günə olan vəziyyətə görə, 102 ictimai və 1 özəl müəssisə avtorizasiyadan keçib.

 

•Erkən və məktəbəqədər tədris və təhsil müəssisələrinin avtorizasiya şurasının yenilənmiş tərkibi təsdiqlənib. İmkanların gücləndirilməsi üçün onlara təlimlər keçirilib.

 

•2026-2029-cu illərin avtorizasiya prosesinin qrafiki ilə nəzərə alınmış erkən təhsil və ya məktəbəqədər tədris müəssisələrinə sanitariya-gigiyena, qida və kurikulum istiqamətində (avtorizasiyanın II və IV standart) təlimlər keçirilib.

 

Mənbə: etaloni.ge