Parlamentin təhsil komitəsi “Ümumtəhsil haqqında” qanunda dəyişiklikləri müzakirə edib. Ali qanunvericilik orqanına təqdim olunmuş sənədə əsasən, müəyyən dəyişikliklər məktəbdə işləyən müəllimlərin bir qisminə aiddir.

 

“Ümumtəhsil haqqında” Gürcüstan qanununun 61 “2” maddəsinin üçüncü bəndinə əsasən (“2023-cü ilin sonuna qədər həmçinin bakalavr və ya ona bərabər akademik dərəcəsi olan şəxsin  müəllim işləməyə hüququ var. O, müəllim olaraq işləməyə başladıqdan 2 il müddətində müəllimlərin hazırlıq tədris proqramını və ya müəllimlərin hazırlıq tədris proqramının distant kursunu keçməlidir” – “Ümumtəhsil haqqında” qanun), 2024-cü ilin 1 yanvarına kimi ümumtəhsil müəssisəsində işləyən müəllimlərə aiddir.

 

Dəyişikliyə görə, “onlar istəklərini bildirdikləri halda, ümumtəhsil müəssisələrinin elan etdiyi vakant yerlərə “axtaran” müəllim olaraq qeydiyyatdan keçə biləcəklər.

 

Qanun layihəsində həmçinin qeyd olunub ki, “müsbət qərar qəbul olunduğu halda, o, məktəbdə “axtaran” müəllim olaraq işlə təmin olunacaq və ona 2 il ərzində peşə inkişafının akademik, praktiki kursunu keçmək imkanı veriləcək. “Axtaran” müəllim praktiki kursu məktəbdə keçir, bunun üçün məktəb tərəfindən əlavə maddi resursun ayrılmasına ehtiyac qalmır. “Axtaran” proqramının akademik kursu isə, artıq mövcud olan, özünü tənzimləyən distant kurs keçməyi nəzərdə tutur. Bu da dövlət tərəfindən əlavə maddi xərc tələb etmir”.

 

Məqsədlə bağlı, sənəddə deyilir ki, “bu proses məktəblərdə iş axtaran layiqli namizədin sağlam müsabiqə şərtləri ilə seçilməsi imkanını yaradır və vakant yerlərin vaxtında kvalifikasiyalı kadrlarla dolmasını təmin edir.

 

Bunun nəticəsində məktəblərdə kadr çatışmazlığı riski aradan qaldırılacaq. Çünki məktəbə müəllim statusu olan şəxs seçilmədiyi halda, müsabiqə yolu ilə “axtaran” müəllim olaraq məhz ona qədər, müvəqqəti maddə ilə məktəbdə statussuz işləyən şəxsi işlə təmin etmək hüququ veriləcək. Həmin vakant vəzifələrə veriləcək əməkhaqqını məktəb ilin əvvəlində təsdiq edir. Ona görə də dəyişiklik əlavə maddi resursun səfərbər edilməsini tələb etmir”.

 

Mənbə: etaloni.ge