Peşə təhsili standartına əsaslanmayan, tam distant formada həyata keçirilməsi mümkün olan peşə hazırlığı proqramlarının siyahısı təsdiqlənib.
Yeni qayda əsasında kolleclər və peşə hazırlığı provayderlərinə ilk dəfə imkan yaradılıb ki, peşə təhsili üzrə təhsil alan tələbələrə və dinləyicilərə peşə proqramları komponentlərini distant qaydada təklif etsinlər.
Distant qaydada tədris olunacaq peşə təhsili proqramları aşağıdakılardır:
• “Microsoft Excel” vasitəsilə məlumatların hazırlanması;
• “Full-stack” veb-development;
• Rəqəmsal məhsulların yoxlanması;
• Kibertəhlükəsizlik;
• “Front End” development – “React”;
• “DevOps” menecment;
• “Back End” development: “Java”;
• IT layihələrin idarəedilməsi və analizi: “Agile” və “Scrum” metodologiyası;
• Rəqəmsal reklamın idarəedilməsi;
• Qrafik dizayn və UX/UI;
• Sosial medianın idarəedilməsi.
Sərəncamda həmçinin proqramın distant üsulla tədris oluna və/və ya qiymətləndirilə bilən komponentlərinin peşə təhsili standartı üzrə müəyyən edilməsi də nəzərdə tutulur.
Mənbə: edu.aris.ge