Ümumtəhsil müəssisələri 2024-2025-ci tədris ilini dəyişikliklərlə qarşılayacaqlar. Bu dəyişikliklər yaxşıdır, ya pis; müəllimə, şagirdə, ümumiyyətlə, məktəb icmasına fayda verəcək, ya yox, bu, başqa söhbətin mövzusudur.
Bu dəfə Gürcüstandakı məktəblərin cari tədris ilində rəhbərlik edəcəyi əsas yeniliklərin siyahısını təqdim edirik:
Əsas dəyişikliklərdən biri baza təhsilinin müddəti ilə bağlıdır. Baza təhsili 3 il əvəzinə 4 illik olub. Qanunda yazılıb ki, Gürcüstanda tam orta təhsilin üç pilləsi var: ibtidai (6 il – I-VI siniflər), baza (4 il – VII-X siniflər) və orta ( 2 il – XI-XII siniflər). Doğrudur, bu qayda 2025-ci ilin 1 iyunundan qüvvəyə minəcək, ancaq bu artıq o deməkdir ki, 9-cu sinif şagirdləri məktəbdən çıxa bilməyəcəklər.
Müəllimlərin yeni əməkhaqqı formulu da çox mühüm dəyişiklikdir. Yeni əməkhaqqı qaydası hökumətin qərarı ilə 2024-cü ilin 1 iyulundan qüvvəyə minib. Yeni formula görə, müəllimin əməkhaqqı onun təhsili və kvalifikasiyasına, iş təcrübəsi və iş qrafikinə əsasən hesablanır. Bu, həmçinin aparıcı və ya mentor statusunun əlavəsini, sinif-komplekti ilə təhsil əlavəsini, qeyri-gürcüdilli məktəblərdə/sektorlarda sonrakı fənlərin tədrisi üçün əlavəni: qeyri-gürcüdilli məktəblər üçün gürcü dili, Gürcüstan tarixi; Gürcüstan coğrafiyası; sinif rəhbərliyinə görə əlavəni, dağlıq məntəqələrdə yerləşən ictima məktəb müəlliminin əlavəsini əhatə edir.
Yeni tədris ilinə müəllimlər ləğv edilmiş, daha dəqiq, dayandırılmış karyera inkişafı sxemi ilə başlayırlar. Buna baxmayaraq, sxemin qüvvəyə minməsi 2025-ci ilin 1 yanvarına kimi dayandırılıb. Hələ ki, bu haqda yeni sənəd yoxdur və müəllimlər hansı pillələri keçməli olduqlarını bilmirlər.
Eləcə də müəllimin/xüsusi müəllimin vacib təlimlər keçməsini təmin edən maddə də dayandırılıb.
Məktəblərə peşə təhsili daxil oldu və nazirlik tərəfindən seçilmiş 20 məktəbdə pilot layihə həyata keçiriləcək.
Kompleks tapşırıqların vacibliyi ləğv olunub və milli təhsil planında konkret olaraq sinif rəhbərinin funksiyaları yazılmayıb.
Qeyd edək ki, yeni tədris ili üçün fənn standartları hazırlanmalı idi. Hələ ki, bu barədə heç bir məlumat yoxdur. Ancaq qarşıda vaxt var və təhsil istiqamətində yeni dəyişikliklər ola bilər.
Mənbə: etaloni.ge