Müəllimlərin qüvvədə olan əməkhaqqı formulu sənədində müəllimlərin iş saatı qeyd edilib.
Sənəddə bildirilir ki, pedaqoqların üç iş qrafiki var:
1) Yarım qrafik – 36 saatdan az iş həftəsini nəzərdə tutur, həmin həftəyə 18-dən az dərs saatı daxildir;
2) Tam qrafik – 36 saatlıq iş həftəsini nəzərdə tutur, həmin həftəyə 18 dərs saatı daxildir;
3) Tam qrafikdən artıq – 40 saatlıq iş həftəsini nəzərdə tutur, həmin həftəyə 19, yaxud daha artıq dərs saatı daxildir.
Bəs müəllimlər dərs saatlarından əlavə neçə saat məktəbdə qalmalıdırlar?
Qeyd olunan məsələ ilə bağlı sənəddə deyilir: “Müəllimə iş saatlarına görə əməkhaqqı vermək o demək deyil ki, müəllim dərs saatları, məktəb sənədlərinin hazırlanması, şagirdlə fərdi işləmək üçün lazımı vaxtdan əlavə mütləq məktəbdə olmalıdır. Müəllimin işinin bir qismini – peşə inkişafı üzərində işləmək, dərslər üçün hazırlıq və s. məktəbdən kənarda həyata keçirmək hüququ var. Əgər məktəb rəhbərliyi hesab edirsə ki, müəllim təhsildə istənilən nəticəni göstərə bilmir, bu maddənin 2-ci bəndi ilə iş həftəsində nəzərdə tutulmuş saatlar çərçivəsində təhsil nəticələrini yaxşılaşdırana kimi rəhbərlik müəllimdən məktəbdə işləməyi tələb edə bilər”.
Mənbə: etaloni.ge