Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz 2025-ci ilin vahid milli imtahanlarına qeydiyyatdan keçənlərin statistikasını yayımlayıb. Statistikaya əsasən, imtahanlara 39 mindən çox abituriyent qeydiyyatdan keçib. Abituriyentlərin çoxu üçüncü vacib fənn kimi tarix fənnindən imtahan verib. Ən az abituriyent isə incəsənəti seçib.

 

Ümumi göstəricilər isə aşağıdakı kimidir:

 

  • Vahid milli imtahanlara qeydiyyat olan abituriyentlərin sayı – 39000-dən çox;
  • Qrant müsabiqəsində iştirak etmək istəyən tələbələrin sayı – 2400-dən çox;
  • Ümumi magistratura imtahanlarına qeydiyyat olanların sayı – 10000-dən çox;
  • Müəllimlər və müəllim olmaq istəyənlər üçün imtahanlara qeydiyyat olunanların sayı – 24300-dən çox.

 

Abituriyentlərin seçdikləri fənlərin göstəriciləri isə bu cürdür:

 

  • Tarix – 18900-dən çox abituriyent;
  • Riyaziyyat – 13700-dən çox abituriyent;
  • Biologiya – 3200-dən çox abituriyent;
  • Vətəndaş təhsili – 2600-dən çox abituriyent;
  • Coğrafiya – 2300-dən çox abituriyent;
  • Kimya – 2100-dən çox abituriyent;
  • Ədəbiyyat – 1400-dən çox abituriyent;
  • Fizika – 900-dən çox abituriyent;
  • İncəsənət – 200-dən çox abituriyent.
  •  

İmtahan qrafiki təsdiqlənən kimi Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin veb-səhifəsində (www.naec.ge) yayımlanacaq. İmtahanın tarixi, vaxtı və imtahan mərkəzinin ünvanı haqqında ətraflı məlumat imtahan kartında qeyd olunacaq. Kartı, güman ki, iyun ayının ikinci yarısından çap etmək mümkün olacaq.

 

Mənbə: etaloni.ge