Son illərdə orta təhsil alan şagirdlərin sayı mühüm dərəcədə azalıb. 2010-cu ildə 12-ci sinfi 61 196 şagird bitirmişdirsə (onlardan 29 941-i qız, 31 255-i oğlan), 2020-ci ildə bu rəqəm 22 944 nəfər azalaraq 38 252 (onlardan 18 659-u qız, 19 593-ü oğlan) təşkil edib.

 

Orta məktəb şagirdlərinin sayının belə ciddi şəkildə azalmasına nəyin səbəb olmasını demək çətindir. Ancaq qeyd etmək lazımdır ki, baza pilləsini bitirdikdən sonra şagirdlərin kiçik qismi peşə proqramlarında təhsilini davam etdirir. Bu, onlara peşə ilə yanaşı orta təhsili təsdiq edən sənədi almaq imkanı da yaradır.

 

Təhsil və Elm Nazirliyinin statistik göstəricilərində qeyd olunduğuna görə, 2010-cu ildə baza pilləsini  56 404 şagird bitirib, onlardan 27 127-si qız, 29 277-si isə oğlandır. Son göstəricilərə əsasən, baza pilləsində şagirdlərin sayı da azalıb. Belə ki, 2020-ci ildə 9-cu sinfi 50 302 şagird bitirib, onlardan 23 869-u qız, 26 433-ü isə oğlandır.

 

Ümumtəhsil barədə qanuna əsasən, baza pilləsində təhsilini tamamlamamış şagirdin məktəbdən çıxarılması yolverilməzdir.

 

Mənbə: etaloni.ge