Hazırda şagirdlərin 11,3 %-i elektron siqaretlərdən, 11,6 %-i isə tütündən istifadə edir. Bu barədə Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzin Qeyri-infeksion xəstəliklər üzrə departamentinin rəhbəri Lela Sturua məlumat verib.

 

Gürcüstanın Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzinin Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə apardığı araşdırmaya (GYTS – Gənclər Arasında Tütündən İstifadənin Qlobal Tədqiqatı) əsasən, hazırda şagirdlərin 5,2 %-i siqaret çəkir, 4,2 %-i isə tüstüsüz/çəkilməyən tütündən istifadə edir.

 

Statistikaya əsasən, 16 yaşında uşaqlar elektron siqaretdən sonra adi tütündən istifadə etməyə başlayırlar.

 

“2024-cü ilin araşdırmasına əsasən, 16 yaşlı uşaqlar ən çox elektron siqaretdən istifadə edirlər. Sonrakı yeri isə ənənəvi tütün və qızdırılmış tütün tutur. Demək olar ki, son 1 ay ərzində ən çox elektron siqaretdən, sonra isə adi tütündən istifadə edirlər”, – deyə Lela Sturua bildirib.

 

Sözügedən araşdırmaya görə, şagirdlərin 35,7 %-i evdə, 36,6 %-i isə qapalı ictimai binalarda siqaret tüstüsünün təsiri altında qalırlar.

 

Araşdırmada qeyd olunub ki, hazırda siqaret çəkən şagirdlərin 54,0 %-i siqareti mağazalardan, supermarketlərdən, küçə ticarətçilərindən və ya köşklərdən alırlar.

 

Hazırda siqaret çəkən və siqaret almağa cəhd edən şagirdlər arasında 67,9 %-i yaş məhdudiyyətinə baxmayaraq heç bir maneə olmadan siqaret ala biliblər.

 

Mənbə: etaloni.ge