“İstisna ixtisaslardan başqa 3+1 sisteminə keçməliyik. 3 il bakalavr, 1 il magistratura təhsili olacaq. Hər iki halda bu gün təmin edilməmiş, ciddi şəkildə müəyyən edilmiş məqsədlər olmalıdır”. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ali təhsilin islahat konsepsiyası layihəsinin təqdimatında bildirib.
Onun sözlərinə görə, müəyyən analiz aparıblar və düşünürlər ki, istisna edilən ixtisaslardan başqa 3+1 sisteminə keçilməlidir. Burada 3 il bakalavr, 1 il magistratura nəzərdə tutulur.
“Üç il bütün ixtisaslar üçün tam kifayətdir. Əlbəttə, tibb və oxşar ixtisaslar istisnadır. Digər hallarda, praktiki olaraq bütün hallarda, üç ildə bakalavr və bir ildə magistratura səviyyəsində təhsil almaq mümkündür.
Eləcə də yaxın zamanlarda başqa istiqamətlərdə də müəyyən planların təqdimatını düşünürük və fikirləşirik ki, məktəblərin bir qismində də 11 illik təhsil proqramına keçməliyik. Bu istiqamətdə də Təhsil Nazirliyi fəal işləyir”, – deyə Baş nazir bildirib.
Mənbə: edu.aris.ge