2022-ci ilin Milli Müəllim Mükafatının qalibi, pedaqoq Roland Şavadze vahid milli imtahanlara münaisbətini bildirib. O, abituriyentlərə uğurlar arzu edib, mövcud problemlərə diqqət çəkərək nələrin dəyişdirilməli olduğunu qeyd edib:

 

“Sözsüz, vahid milli imtahanlar rüşvətin qarşısını aldı. Ümumi imkanlar yarandı. Milli səviyyədə ali təhil almaq şansı, demək olar ki, bütün sosial təbəqə nümayəndələrinə verilib. Ona görə bu, bəziləri üçün bu gün də etibarlı islahat kimi gəlir. Ancaq imtahanın bu metodu ilə abituriyentlər yenidən səhv şəraitdədirlər.

 

Niyə?

 

Asan izah edək. Əgər bəxtim gətirib şəhərdə doğulmuşamsa mənim ətrafımda müasir standartlara uyğun məktəb və peşəkar müəllimlər var, yaxud zəngin ailənin uşağıyam və bir neçə ildir güclü repetirorlar vasitəsilə hazırlaşıram. Kənd məktəblərinin məzunlarının əlindən prestijli universitetə qəbul olmaq imkanını və qrant qazanmağı alıram. Yəni mən yaxşı təhsili prestijli universitetdə pulsuz alacam, region məktəbindən olan mənim həmyaşıdım prestijli universitetə qəbul olarsa onun bəxti gətirib, amma onun ailəsi təhsil haqqını ödəməkdən qaça bilməyəcək.

 

Nə dəyişməlidir?

 

Kapitalizmin prinsipi belədir, yüksək rəqabət bütün sahələrdə insanların taleyinə qərar verir. Ona görə də ədalət potensial risklərin düzgün hesablanmasını tələb edir. İmtahanların bu modelini saxlasaq məktəblərdə bərabər şərait yaradılması üçün hər şey etməliyik. Bu isə mümkün deyil. Nə kifayət qədər resursumuz, nə də siyasi icazəmiz var. O zaman bu model dəyişdirilməlidir və region məktəblərinin məzunlarına fərqli imtahan tələbləri yaratmalıyıq (pozitiv diskriminasiya).

 

İmtahanların bu modeli haqqında çox danışa bilərik və dəyişikliklər üçün mübarizə də apara bilərik.

 

Bütün abituriyentlərə uğurlar arzu edirəm! Ədalətli Gürcüstanda yaşayın!” – deyə Roland Şavadze öz məktubunda bildirib.