Uşaq bağçalarına qeydiyyat iyun ayında başlayacaq. Bu barədə Tbilisi Uşaq Bağçaları Agentliyindən “etaloni.ge”yə bildiriblər.

 

Agentliyin bəyanatına görə, qeydiyyatın başlaması ilə bağlı ətraflı məlumat may ayının sonunda, iyun ayının əvvəlində məlum olacaq.

 

Qeydiyyat ötən illərdə olduğu kimi bir neçə mərhələdən ibarət olacaq. İlkin mərhələdə qeydiyyatdan keçəcəklər:

 

Yeni doğulmuş körpələr evinin benefisiarları;

 

Sosial baxımdan aztəminatlı ailələrin uşaqları (100 000-ə yaxın balı olan ailələr);

 

Xüsusi təhsilə ehtiyacı olan uşaqlar;

 

Bacı-qardaşlar (uşağın bacı və ya qardaşı həmin bağçaya gedirsə);

 

Tək valideyn statusu olan vətəndaşların uşaqları;

 

Çoxuşaqlı ailə statusu olan vətəndaşların övladları (dörd yaxud daha çox uşaq);

 

Hərbçilərin övladları;

 

Daha sonra isə bütün digər statusu olan uşaqlar.

 

Valideynlər nəzərə almalıdırlar ki, uşaq bağçaları üçün iki yaşı tamamlanmış uşaqlar qeydiyyatdan keçə bilərlər.