Müəllimlərin Peşə İnkişafı üzrə Milli Mərkəzin təşkilatçılığı ilə qeyri-gürcüdilli məktəblərə dəstək proqramı çərçivəsində yaradılmış “Gürcü dilini öyrənənlər üçün praktik çalışmalar toplusu” dərsliyinin təqdimatı keçirilib.

 

Qeyri-gürcüdilli məktəblərə dəstək proqramının məqsədi milli azlıqların sıx məskunlaşdığı bölgələrin qeyri-gürcüdilli məktəb müəllimlərinin peşə inkişafına və tədris prosesinə, dövlət dilinin gücləndirilməsinə dəstək olmaq, məktəb bazasında qeyri-formal təhsil təcrübəsinin yaxşılaşdırılmasıdır. Proqram çərçivəsində həyata keçirilmiş tədbirlər məktəblərdə dövlət dili səviyyəsinin yaxşılaşdırılmasına və müəllimlərin peşə inkişafına istiqamətlənib.

 

Məhz bu məqsədlə mərkəzin ekspertləri və proqramın məsləhətçi müəllimlərinin müəllifliyi ilə tam yeni dərslik yaradılıb. Kitablar müəllim və şagirdlərə köməkçi resurs olaraq məktəblərə veriləcək.

 

“Gürcü dilini öyrənənlər üçün praktik çalışmalar toplusu” dərsliyi Nino Şaraşenidzenin rəhbərliyi ilə yaradılıb. Kitabın müəllifləri Lali Dalakişvili-Aslamazaşvili, İza Qvircişvili, Nona Arevadze-Kotoraşvili, Nana Arabuli, İya Robakidze, Giorgi Çauçidze, Tsaulina Malazonia, Lela Butirişvili və Teymuraz Şalamberidzedir.

 

Təqdimatda Müəllimlərin Peşə İnkişafı üzrə Milli Mərkəzin direktoru Berika Şukakidze və proqram rəhbəri Nino Berikaşvili yeni dərsliyin yaradılması prosesi, qeyri-gürcüdilli məktəblərə dəstək proqramının məqsədləri haqqında danışıblar. Dərsliyin təqdimatını müəlliflər və kitab üzərində işləyən komanda üzvləri həyata keçiriblər.