Gürcüstan parlamenti “Ümumi təhsil haqqında” qanunda dəyişikliyi üçüncü oxunuşda 74 səslə qəbul edib. Bu o deməkdir ki, vacib baza təhsili 9-cu sinif əvəzinə 10-cu sinif müəyyən edilib.
Qanunda qeyd olunub ki, Gürcüstanda ümumi təhsilin üç pilləsi var: ibtidai (6 il – I-IV siniflər), baza (4 il – VII-X siniflər) və orta (2 il – XI-XII siniflər).
Ümumi təhsilin baza və orta pilləsinin müddətində dəyişikliklə əlaqədar qanun keçid müddəalarını nəzərdə tutur. Həmin müddəalar qanunvericilik normasının qüvvəyə minməsi ilə əlaqədar fərqli detalları konkretləşdirir. Xüsusilə ümumi təhsilin baza pilləsinin müddətində dəyişiklik 2024-2025-ci tədris ilində IX sinifdə olacaq şagirdlərə də aid ediləcək. Bu o deməkdir ki, 2024-2025-ci tədris ilində IX sinif şagirdləri X sinfə pilləni aşmadan keçəcəklər, yəni 2024-2025-ci tədris ilində IX sinif şagirdlərinin məcburi baza təhsili 1 il uzadılacaq.
Keçid müddəaları ilə müəyyən edilib ki, 2024-2025-ci tədris ili də daxil olmaqla ümumi təhsilin orta pilləsində X sinifdə statusu dayandırılmış, statusunu 2025-2026-cı tədris ilindən bərpa edən şagirdlər təhsilin orta pilləsini XI sinifdə davam edəcəklər, çünki onlar artıq baza pilləsini keçiblər, 2025-2026-cı tədris ilindən isə orta pillə 2 illik olacaq.
Keçid müddəalarında 2024-2025-ci tədris ilində orta pillənin X sinfə milli tədris planı ilə müəyyən edilmiş səviyyəni keçə bilməyən şagirdlər üçün spesifik qeyd var. Onlar 2024-2025-ci tədris ilində təhsili orta pillənin XI sinfində davam edəcəklər, çünki həmin dövrdə X sinif artıq baza pilləsinə aid olacaq, onlar isə bu dövrü keçmiş olacaqlar.
Akademik baxımdan geridə qalmanın aradan qaldırılmasını məktəb remediasiya proqramı ilə təmin edir. Bu, milli tədris planı ilə tənzimlənib. Pillələrdə dəyişiklik edilib – məcburi baza təhsili 9-cu sinif əvəzinə 10-cu sinif ilə müəyyən edilib və şagirdlər məcburi təhsili 10-cu sinif də daxil olmaqla alacaqlar.
Mənbə: etaloni.ge