Gürcüstanda əcnəbi tələbələrin sayı kəskin şəkildə artıb. Gürcüstan Milli Statistika Xidmətinin 2026-cı ilin fevralında dərc etdiyi ən son məlumatlara görə, 2025-2026-cı tədris ilində Gürcüstanın ali təhsil müəssisələrində xarici tələbələrin sayı 44,4 min nəfər təşkil edib.
Milli Statistika Xidməti tərəfindən hazırlanan universitet göstəricilərində oxuduğumuz kimi, bu rəqəm ötən ilin eyni göstəricisi ilə müqayisədə 19,7 faiz çoxdur.
Məlumatda qeyd edilir ki, 2025-2026-cı tədris ilinin əvvəlinə Gürcüstanda 64 ali təhsil müəssisəsi fəaliyyət göstərib ki, onlardan 19-u dövlət, 45-i isə özəldir. Ali təhsil müəssisələrinin 64,1 faizi Tbilisi şəhərində yerləşir.
Mənbə: edu.aris.ge