Sosial-iqtisadi statusu aşağı olan ailələrin uşaqlarının yalnız 43 %-i 12-ci sinifi bitirə bilir. Bu barədə Mülki İnteqrasiya və Millətlərarası Əlaqələr Mərkəzi qeyri-hökumət təşkilatı tərəfindən hazırlanmış araşdırmada deyilir.

 

Gürcüstanda təhsil almaq və məktəbi bitirməyə sosial-iqtisadi vəziyyət, ərazi və coğrafi yerləşmə, etnik mənsubiyyət ciddi təsir edir.

 

Yüksək sosial-iqtisadi statusu olan ailələrin uşaqları üçün orta pilləni başa vurmaq göstəricisi 88 % təşkil edir və aşağı sosial-iqtisadi statusu olan ailələrin uşaqları üçün bu göstərici 43 %-dir. Bu göstərici şəhərlərdə 74 %, kəndlərdə 50 %, etnik gürcülərdə 69 %, etnik azərbaycanlılarda 33 %, etnik ermənilərdən başqa digər etnik qruplarda isə 44 %-dir.

 

Paytaxt Tbilisidə məktəbi bitirənlərin göstəricisi 76 % təşkil edir. Kaxeti regionunda yalnız 42 %, Quriya regionunda isə 47 % şagird məktəbi bitirir.

 

Qeyd edilməlidir ki, qismən məktəbi bitirməklə bağlı aşağı göstərici ilə əlaqəli olan təhsili dayandırmaq göstəricisi də şagirdin sosial-iqtisadi statusundan, ərazi və coğrafi yerləşməsindən və etnik mənsubiyyətindən irəli gəlir.

Mənbə: etaloni.ge