İl ərzində (iyun, 2025 – may, 2026), peşə təhsili proqramlarına ümumilikdə 19742 nəfər, peşə hazırlığı və peşə ixtisasartırma proqramlarına isə 11918 nəfər qəbul olunub.
Bu barədə Gürcüstanın Baş nazirinin hökumət proqramının icrasının gedişatı ilə bağlı hesabatında deyilir.
İctimaiyyətə indiyədək məlum olmayan rəqəmlərlə yanaşı, İrakli Kobaxidze yazır ki, peşə təhsilinə əlçatanlığın artırılması məqsədilə daha 63 dövlət məktəbində inteqrasiya olunmuş peşə təhsili proqramları tətbiq edilib.
Peşə təhsili kontekstində Baş nazir abituriyentlərə yaradılan imkanlara da toxunub və burada da onlar üçün müəyyən edilmiş yerlərin sayını qeyd edib: “2026-cı ildən etibarən ilk dəfə olaraq, vahid milli imtahanlar çərçivəsində qeydiyyatdan keçmiş abituriyentlər ali təhsil proqramları ilə yanaşı, peşə təhsili proqramlarını da seçmək imkanına malikdirlər. Onlar həm Tbilisidə, həm də regionlarda təklif olunan 10600-dək yerdə dövlət maliyyələşməsi ilə peşə təhsili proqramlarında təhsil ala bilərlər”.
İrakli Kobaxidze həmçinin qeyd edib ki, hesabat dövründə peşə təhsili müəllimlərinin tənzimləyici çərçivəsi yenidən işlənib hazırlanıb və bu çərçivə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.