Gürcüstan Təhsil və Elm Nazirliyinin təşəbbüsü ilə milli tədris planı dəyişiklikləri üzərində işlərin birinci mərhələsi başa çatıb. Yenilənmiş sənəd ictimai və özəl məktəblərə daha çox muxtariyyət verilməsini nəzərdə tutur.

 

Dəyişikliklər təhsil və tədrisin planlaşdırılması və idarə edilməsi ilə əlaqədar bütün komponentlərə aiddir, həmçinin təhsil-tədris prinsipləri, məqsədlər və prioritetlər, təhsil metodları, qiymətləndirmə, təhsil prosesinin təşkili ilə bağlıdır. Nəticədə təhsil-tədris komponenti ümumtəhsil müəssisələrinin dəstəyinə daha çox istiqamətlənib və məktəblərə yaradıcılıqla, şagirdin ən yaxşı maraqlarını nəzərə almaqla təhsil prosesini planlaşdırmaq şəraiti yaradır.

 

Dəyişikliklərə əsasən:

 

• Şagirdə istiqamətlənmiş dərin təhsil və tədrisin nəyi nəzərdə tutduğu aydın olub.

 

• Təhsil və tədrisin nəticələri və aralıq təhsil məqsədlərinin formalaşdığı prinsiplər müəyyən edilib.

 

• Müəllimlərin nəyin əsasında təyinedici və inkişaf edən qiymətləndirmə təqdim etməli olduğu prinsiplər müəyyənləşdirilib.

 

• Məktəb tədris planının funksiyası və əhəmiyyəti müəyyənləşdirilib.

 

• Milli tədris planının məqsədləri (ümumtəhsil milli məqsədlər, kvalifikasiya çərçivəsi və XXI əsrin kompetensiyalarına əsaslanaraq) yenidən yaradılıb.

 

• Hər bir fənn qrupu üçün pillələrə əsasən məqsədlər yenidən formalaşdırılıb. Bu məqsədlərə nail olmaq üçün özəl məktəblərə hansı fənləri tədris edəcəkləri ilə bağlı hüquq verilib (hansı təhsil nəticələrini müəyyən edəcəklər).

 

• Milli tədris planından metodoloji tövsiyələr çıxarılıb (illik proqramların planlaşdırılması necə ola bilər məsələsi ilə bağlı məsləhətlərin təqdim olunduğu üçüncü qapı ləğv olunub).

 

• Təyinedici qiymətləndirmə komponentləri (sinif, ev, yekun) və modellər ləğv olunub. Məktəblər özləri təyinedici qiymətləndirmə üçün orijinal sistem və prinsiplər yaratmalıdırlar. Həmin prinipslərə görə, məktəb sistemində yazılmış qiymətlərin köçürülməsi milli tədris planı ilə müəyyən edilmiş 10 ballıq sistemdə olacaq.

 

• Özəl məktəblərə sinfi deyil, pilləni aşmaq maneəsini müəyyən etmək hüququ verilib.

 

• Əgər şagirdin sinifdə hansısa fəndən 5.0-dən aşağı illik qiyməti varsa, məktəb şagirdə payız imtahanına qədər remedasiya (düzəliş) proqramı təklif etməyə məcburdur.

 

• Məktəb məktəbdən kənar qalmış və ya məktəbi tərk etməklə bağlı risk altında olan şagirdlərə tezləşdirilmiş təhsil kurrikulumu formasında remedasiya proqramı təklif etməlidir. Kurrikulumun tərkibini məktəb özü milli tədris planına əsaslanaraq müəyyən edəcək.

 

• Məktəb özü dərs qrafikini şagirdlərin ehtiyaclarına və maraqlarına uyğun olaraq, eləcə də məktəbin insan və maddi resursunu nəzərə almaqla müəyyən edəcək. Milli tədris planında verilmiş saat qrafiki yalnız tövsiyə xarakterlidir.

 

• Milli tədris planında fənn kafedraları və sinif rəhbərinin funksiyaları yazılmayacaq. Məktəblər özləri məktəb ictimaiyyəti üzvlərinin hansı funksiyaları yerinə yetirməsinə, məktəb strukturunun necə olmasına qərar verə biləcəklər.

 

• Özəl məktəbin xaricidilli proqramına qəbul edilmiş xarici ölkənin vətəndaşları üçün dövlət dilinin tədris səviyyələri təhsil illərinə uyğun olaraq müəyyən ediləcək (dillərin vahid Avropa tövsiyə çərçivəsinə əsaslanaraq).

 

• Gürcü sektorunda/məktəbdə etnik azlıq nümayəndəsi olan şagirdlər üçün 10 nəfər olduğu halda ana dilində təhsil almaq tələbini nəzərdə tutan məhdudiyyət qaldırılıb. Fərdi olaraq hər şagirdə gürcü sektorunda təhsil aldığı halda ana dilini öyrənmək imkanı veriləcək.

 

Qeyd etmək lazımdır ki, həmçinin dərsliklərin razılaşdırılma qaydası təsdiq edilib. Bunun əsasında, özəl və ictimai məktəbər təhsil prosesində qrifləşdirilməmiş, nazirliklə razılaşdırılmış dərsliklərdən istifadə edə bilərlər.

 

Xatırladaq ki, bununla yanaşı fənn standartlarının reviziya prosesi aparılır və fənn qruplarının formalaşdırılmasına başlanılıb. Buna hazırkı müəllimlər, akademik dairə nümayəndələri və psixoloqlar qoşulublar. Reviziya prosesi 2024-cü ilin yazında başa çatacaq.

 

Mənbə: etaloni.ge