Müəllimlərin fənn və xüsusi baş müəllim statusu üçün imtahan qeydiyyatı 20 mart saat 10:00-dan başlayıb 3 aprel saat 18:00-a qədər davam edəcək.

 

Qeydiyyat Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin veb-səhifəsində (online.naec.ge) yalnız elektron qaydada aparılır.

 

İmtahanlar aşağıdakı fənlər üzrə keçiriləcək:

 

• Gürcü dili və ədəbiyyatı (başlanğıc pillə);

 

• Riyaziyyat (başlanğıc pillə);

 

• Təbiətşünaslıq (başlanğıc pillə);

 

• Gürcü dili və ədəbiyyatı, riyaziyyat və təbiətşünaslıq (I-V siniflər);

 

• Gürcü dili və ədəbiyyatı (baza və ya orta pillə);

 

• Qeyri-gürcüdilli məktəblər və sektorlar üçün gürcü dili (bağlanğıc, baza və ya orta pillə);

 

• Riyaziyyat (baza və ya orta pillə);

 

• İctimai elmlər (baza və ya orta pillə): tarix, coğrafiya, vətəndaş təhsili;

 

• Təbiətşünaslıq elmləri (baza və ya orta pillə): fizika, kimya, biologiya;

 

• Xarici dillər (başlanğıc, baza və ya orta pillə): ingilis, alman, fransız və rus dili;

 

• Estetik fənlər: təsviri və tətbiqi incəsənət, musiqi, idman;

 

• İnformasiya və Kommunikasiya Texnologiyaları / kompüter texnologiyaları;

 

• Azərbaycan dili və erməni dili üzrə imtahan.

 

İstənilən şəxsin yalnız bir fənn, həmçinin, istəyə uyğun olaraq, xüsusi baş müəllim imtahanını seçmək hüququ var.

 

Təcrübəçi müəllimlərin diqqətinə: 2023-cü ildə Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəz tərəfindən təşkil edilmiş imtahana yalnız Azərbaycan və erməni dili üzrə təcrübəçi müəllim statusu olan pedaqoqların, eləcə də xüsusi təcrübəçi müəllimlərin qeydiyyatdan keçmək hüququ var. Onlar üçün qeydiyyat pulsuzdur.

 

Əgər imtahan verən şəxs “Ümumi təhsil haqqında” Gürcüstan qanunu ilə nəzərdə tutulmuş müəllim təhsili ilə bağlı olan tələbləri qane etmirsə o, imtahandan əldə etdiyi nəticədən müəllimlik fəaliyyəti məqsədləri üçün istifadə edə bilməyəcək.

 

Qeydiyyat zamanı aşağıdakılar qeyd olunmalıdır:

 

• Şəxsiyyət vəsiqəsinin nömrəsi;

 

• Əlaqə nömrəsi;

 

• İmtahan verəcəyi fənn (iştirakçının yalnız bir fənn seçmək hüququ var);

 

• İmtahan verəcəyi şəhər;

 

• Spesifik imtahan mühitinin yaradılmasına ehtiyacı olan şəxslər qeydiyyat zamanı “xüsusi şəraitləri” seçməlidirlər. 13 aprel saat 18:00-a qədər Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzə (Ünvan: Tbilisi, E.Mindeli, N9) və ya yerli təhsil-resurs mərkəzinə müvafiq sağlamlıq arayışı (Forma N100) təqdim edilməlidir.

 

İmtahanda iştirak etmək üçün 50 lari ödənilməlidir, əks halda qeydiyyat tamamlanmır. Təcrübəçi və xüsusi təcrübəçi müəllimlər üçün imtahana qeydiyyat pulsuzdur.

 

Ödəmə vasitələri və bank xidmətləri:

 

• “Gürcüstan Bankı”nın ödəmə platforması (bogpay.ge) ilə ödədikdə xidmət üçün əlavə olaraq 0,5 lari,  +1,2 % artıq ödəməli olursan. “MasterCard”dan istifadə edən zaman əlavə xidmət haqqı ödənilmir. Ödəmə istənilən Gürcüstan bankının kartı ilə mümkündür.

 

• “Gürcüstan Bankı”nın terminalları ilə ödəmə zamanı xidmət üçün əlavə olaraq 0,5 lari ödənir.

 

• “Gürcüstan Bankı”nın internet bankinqi (ibank.ge) vasitəsi ilə ödəniş etdikdə ümumi məbləğə xidmət üçün 0,5 lari əlavə olunur.

 

• “Gürcüstan Bankı”nın mobil aplikasiyası (mBank) vasitəsi ilə ödəmə xidməti üçün 0,5 lari tutulur.

 

Əgər iştirakçı qeydiyyat müddəti ərzində imtahana qeydiyyatdan keçməzsə və ya vaxt bitənə qədər imtahanda iştirak etməkdən imtina edərsə, ödənmiş pul geri qaytarılır. Bunun üçün ərizələr Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzdə, bölgələrdə isə təhsil-resurs mərkəzlərində qəbul olunur.

 

İmtahan verənlərin qeydiyyat olduqdan sonra qeydiyyat ərizəsində yazılmış göstəriciləri dəyişmək hüququ yoxdur.

 

Mənbə: etaloni.ge