Cari il vahid milli imtahanlar, ümumi magistratura imtahanları və tələblərin qrant müsabiqəsi üçün qeydiyyat martın 5-dən başlayıb və 2 aprel saat 18:00-a qədər davam edəcək.
Məsələ ilə bağlı Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin direktoru Nino Tsereteli martın 4-də brifinq keçirib.
“Bu il də mərkəzin məzunlara əsas məsləhəti budur ki, qeydiyyat təlimatı ilə ətraflı tanış olsunlar, ən əsası, tarixlərə xüsusi diqqət yetirsinlər. Bu il məzunlar üçün kiçik olsa da mühüm yeniliyimiz var. Əgər onlar imtahana qeydiyyat haqqını 2 aprel saat 18:00-a qədər ödəsələr, amma qeydiyyat prosesini sona çatdıra bilməsələr, 10 aprel saat 18:00-a qədər qeydiyyatı başa vurmaq imkanları olacaq”, – deyə Nino Tsereteli bildirib.
Qeydiyyatdan keçmək “online.naec.ge” veb-səhifəsində mümkündür.
Vahid milli imtahanlara qeydiyyat olmaq istəyənlər nəzərə almalıdırlar ki, qeydiyyat prosesi bu il də bir neçə mərhələdən ibarətdir:
Əsas mərhələdə imtahanda iştirak etmək istəyən şəxs 2 aprel saat 18:00-a qədər qeydiyyat haqqını ödəməli və şəxsi məlumatlarını, həmçinin imtahan verəcəyi şəhəri, fənləri qeyd etməlidir. Abituriyentlər 10 aprel saat 18:00-a qədər fənn, imtahan dilini və imtahan verəcəkləri şəhəri dəyişə bilərlər.
Qeydiyyatdan keçmiş abituriyentlər təhsil proqramlarının prioritet siyahısını dəfələrlə dəyişə biləcəklər. Abituriyentlərin aplikasiyaların nəticələrinin yayımlanmasının növbəti günü seçmək, silmək, əvəz etmək imkanları olacaq. Dəqiq tarix “www.naec.ge” veb-səhifəsində yayımlanacaq.
Abituriyentlərin daha çox məlumat alması məqsədi ilə 2025-ci ildə də onlarla birbaşa, eləcə də onlayn rejimdə məlumatlandırıcı görüşlər keçiriləcək. Ətraflı məlumat Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzin veb-səhifəsində, feysbuk səhifəsində yayımlanacaq.
Nəzərə almaq lazımdır ki, yekun sinifdə təhsil almayan şagirdlər 2025-ci ilin vahid milli imtahanlarına buraxılmayacaqlar. Mərkəz növbəti il yekun sinifdə təhsil almayan şagirdlər üçün alternativ layihənin təklif edilməsi imkanını müzakirə edəcək.
Mənbə: edu.aris.ge