2022-ci ilin milli imtahanları iyulun 4-ü başlayacaq. Abituriyentlər üçün ilk imtahan gürcü dili və ədəbiyyatı olacaq. Bu barədə təhsil və elm nazirinin müavini Nunu Mitskeviç keçirdiyi brifinqdə bildirib.

“Həmçinin, aydın olub ki, abituriyentlərə imtahan aparılan zaman maska taxmaq lazım olmayacaq.

Koronavirus təsdiqlənənlər və səhiyyə bazasında qeydiyyatda olanlar üçün ayrıca imtahan təşkil olunacaq. Onlar imtahan verə biləcələr”, - deyə N.Mitskeviç qeyd edib.

2022-ci ilin vahid milli imtahanlarının qrafiki aşağıdakı kimidir:

Gürcü dili və ədəbiyyatı:

4 iyul (birinci və ikinci sessiya);

5 iyul (birinci və ikinci sessiya);

6 iyul (birinci sessiya);

4 iyul (birinci sessiya) – osetin dili.

Riyaziyyat:

8 iyul (birinci və ikinci sessiya).

Xarici dil:

11 iyul (birinci və ikinci sessiya) – ingilis dili;

12 iyul (birinci və ikinci sessiya) – ingilis dili;

13 iyul (birinci sessiya) – ingilis dili;

13 iyul (ikinci sessiya) – rus dili;

13 iyul (ikinci sessiya) – fransız dili;

13 iyul (ikinci sessiya) – alman dili.

Fizika:

14 iyul (ikinci sessiya).

Ədəbiyyat:

14 iyul (ikinci sessiya).

Kimya:

15 iyul (ikinci sessiya).

Tətbiqi və təsviri incəsənət:

15 iyul (ikinci sessiya).

Tarix:

18 iyul (birinci və ikinci sessiya);

19 iyul (birinci sessiya).

Ümumi qabiliyyət:

19 iyul (ikinci sessiya).

Biologiya:

20 iyul (ikinci sessiya).

Coğrafiya:

21 iyul (ikinci sessiya).

Vətəndaş təhsili:

22 iyul (birinci sessiya).

Mənbə: etaloni.ge