“Axtaran” statusu ilə işə başlayan müəllim distant şəkildə akademik, təhsil müəssisəsində isə praktik kurs keçməlidir. Praktik kurs zamanı həyata keçiriləcək fəaliyyətlərin siyahısı “eschool”un bazasında təsvir olunub.
“Axtaran” müəllim kimdir?:
“Axtaran” müəllim müvəqqəti olaraq ümumtəhsil müəssisəsində müəllim statusu qazanmaq üçün dərs deyən şəxsdir.
“Axtaran” müəllim tərəfindən həyata keçiriləcək fəaliyyətlərin siyahısı:
1) Dərs planı;
2) Keçirilmiş dərslərin refleksiyası;
3) Sinifdənkənar fəaliyyətlərin planı;
4) Sinifdənkənar fəaliyyətlərin refleksiyası;
5) Özünüqiymətləndirmə;
6) Kursun refleksiyası;
7) Həftə refleksiyası;
8) Tutor/direktorun hesabatı;
9) Fəaliyyət planı hesabatı;
10) Özünüinkişafın qayğısına qalmaq;
11) Və digər fəaliyyətlər.
Keçirilmiş dərslərin sayı:
“Axtaran” müəllimin uzunmüddətli və ya qısamüddətli (intensiv) kurs seçmək imkanı var.
1. Axtaran müəllim kursa qeydiyyat zamanı qısamüddətli, yaxud uzunmüddətli kursu seçir. Buna uyğun olaraq proqramda öz iş qrafikini də seçir; a) Uzunmüddətli kurs 2 il və cəmi 20 dərsi nəzərdə tutur, həmin dərsləri tutor müşahidə edir. Kurs müddətini 1 ildən artıq müddətə seçən bütün şəxslərin 20 dərs keçmək öhdəliyi var. b) Qısa kurs minimum 4 ay və 10 dərsin keçirilməsini nəzərdə tutur. Dərsləri tutor müşahidə edir. 4 aydan 1 ilə qədər kurs keçən bütün şəxslərin 10 dərs keçmək öhdəliyi var.
Məktəbdə bütün fəaliyyətləri həyata keçirmək mütləqdir. Dərslərdən əlavə başqa fəaliyyətlərin sayını məktəb direktoru “axtaran” müəllimlik dövrünü məktəb ehtiyaclarını nəzərə almaqla müəyyən edir.
Əgər “axtaran” müəllim artıq qeyd olunan fəaliyyətləri hazırlayıb və həmin sənədlə tanış olduqdan sonra dəyişiklik etmək qərarına gələrsə, dəyişə və sənədi yenidən yükləyə bilər.
Mənbə: edu.aris.ge