2024-cü ilin birinci rübündə Gürcüstanda orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz (226,8 lari) artıb və 1943,4 lari təşkil edib. Bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Gürcüstanda ən yüksək əməkhaqqı maliyyə və sığorta sahəsində qeydə alınıb.
Digər peşə sahələrində isə orta aylıq əməkhaqqı aşağıdakı kimidir:
• Maliyyə və sığorta işləri – 4519,4 lari (ötən ilin eyni dövrü ilə müqayisədə 20,2 faiz artıb);
• İnformasiya və kommunikasiya – 3956,5 lari (9,0 faiz artıb);
• Peşə, elmi və texniki fəaliyyətlər – 2672,7 lari (12,0 faiz artıb);
• Tikinti – 2624.6 lari (22,3 faiz artıb).
Təhsil sahəsinə gəldikdə isə, 2023-cü ilin birinci rübündə orta aylıq əməkhaqqı 1009 lari, 2024-cü ilin eyni dövründə 1126 lari təşkil edib ki, bu da ən aşağı əməkhaqqının yenə də təhsil sahəsində olduğunu göstərir.
Mənbə: etaloni.ge